Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / İşdən çıxarılan həkimə həmkarlarından DƏSTƏK: “Buranı bazara çevirməyin!” (VİDEO)

İşdən çıxarılan həkimə həmkarlarından DƏSTƏK: “Buranı bazara çevirməyin!” (VİDEO)

Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu. Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı.
Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.
Unikal.org xəbər verir ki, bu hadisədən sonra Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yeni şöbə rəisləri və bəzi həkimlərə töhmət, bir neçə həkimi isə vəzifəsindən azad edib. Məsələ ilə bağlı həkimlər öz narazılığını bildiriblər.
Həqiqət Qədirova isə həkimlərə xəbərdarlıq edərək bu sözləri deyib: “Buranı bazara çevirməyin!”

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …