Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İSBAM Türkiyədə vətən müharibəsi şəhidlərinin rəsm sərgisini keçirib

İSBAM Türkiyədə vətən müharibəsi şəhidlərinin rəsm sərgisini keçirib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Türkiyədə səfərdədir. Türkiyənin Sunqurlu şəhərində Atatürk meydanında 44 günlük Vətən müharibəsi şəhidlərinin rəsm sərgisi keçirilib.

Azinforum.az xəbər verir ki, tədbir Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Sonra Türkiyə və Azərbaycan Dövlət himnləri səsləndirilib.

Ardından şəhidlərimizin əziz xatirəsinə Quran oxunub, dualar edilib.

Keçirilən tədbirdə İSBAM sədri Samir Adıgözəlli müharibə dönəmində verdikləri dəstək üçün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana və bütövlükdə Türkiyəyə təşəkkür edib .

Açılış tədbirində  Kaymakam Fatih Görmüş, Bələdiyyə sədr əvəzi  Bahri Sezen,  Bələdiyyə sədr müavinləri  Sakinə  Sariyuce,  Mükremin Dagaşan,  Şəhid və Qazilər dərnəyi sədri Seyfi Kavanoglu,  Sunqurlu ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirin açılışında sonra Sunqurlu şəhidlər xiyabanı ziyarət olundu.

Qeyd edək ki , tədbir Sunqurlu Bələdiyyəsi və İSBAM  birlikdə təşkil edib.

img
img
img
img
img
img
img
img

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …