Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / İSBAM şəhid və qazi xanımlarını təbrik etdi – Foto

İSBAM şəhid və qazi xanımlarını təbrik etdi – Foto

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə İSBAM Qadınlar Şurası bir qrup şəhid və qazi ailələrində olub.
Ailələrdə keçirilən görüşlərdə İSBAM Qadınlar Şurasının sədri Mətanət Musayeva çıxış edərək, onları bayram münasibəti ilə təbrik etmiş, şəhid və qazilərimizin vətən uğrunda göstərdiyi xidmətlərdən söz açmışdır. Sonra ” Dövlət və Qanun” qəzetinin baş redaktoru və İSBAM sədinin müşaviri Yasəmən Möhübbətqızı və BOYUKMİLLET.COM informasiya portalının redaktoru Sima Babayeva da öz təbriklərini edərək , dövlət və ictimaiyyət nümayəndələrinin şəhid və qazilərə qayğısının vətənpərvərkik ruhunun yüksəlməsinə təsir etdiyini qeyd etdilər. Bayram ziyarətində İSBAM sədri Samir Adıgözəlli də iştirak etmişdir.
O, şəhid və qazi ailələrindəki xanımları təbrik edərək, dövlətin şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.Daha sonra İSBAM Qadınlar Şurasının hazırladığı hədiyyələr və sovqatlar ailələrə təqdim edilmişdir. Ziyarət edilən şəhid anaları və qazi xanımları bu xoş təşəbbüsə görə ,İSBAM rəhbərliyinə və Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Həmçinin oxuyun

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək – XƏRİTƏ

Rusiya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhməramlı missiya ilə paralel olaraq polis funksiyasını da yerinə yetirməyi …