Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / ISBAM Gəncə Dövlət Unversitetində tədbir keçirdi

ISBAM Gəncə Dövlət Unversitetində tədbir keçirdi

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) -ın təşkilatçılığı ilə Gəncə Dövlət Unversitetində şəhid Verdyev Nəcəf Əşrəf oğlunun xatirəsinə həsr olunmuş ” Unutmayaq ki, Unudulmayaq” adlı, tədbir keçirilib.
Tədbir Dövlət himni ilə başladı və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan prorektor Gülsüm Fətəliyeva Unversitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər haqqinda məlumat verdi. Sonra şəhidlər haqqında film nümayiş edildi. İSBAM sədri Samir Adgözəlli çıxış edərək, ölkədə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətə görülən tədbirlərdən və şəhid ailələrinə dövlət tərəfindən həyata keçirilən davamlı maddı-mənəvi dəstəkdən söz açdı. Sonra İSBAM -nin Departament rəhbəri, müharibə iştirakçısı Adida Şirinova, dosent İlhamə Qəsəbova, sədrin müşaviri Yasəmən Möhübbətqızı, gənc fəal Həmid Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva . şəhidin qardaşları Zöhrab və Eldar Vəliyevlər, Yazıçılar Birliyinin üzvü Ramız Təmkin və digərləri çıxış edərək , şəhid Nəcəf Verdiyevin həyat yolu və torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıqlar haqqında tədbir iştirakçılarına geniş məlumat çatdırdılar. Anım tədbirində tələbələr Aytəkin Məmmədova Gülçin Yusifli, Elvira Novruzova və başqaları vətənpərvərlik şeirləri ilə çıxış etdilər.


Həmçinin oxuyun

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” …