Ana səhifə / Aktual / İSBAM Ali Məclis sədrini təbrik etdi

İSBAM Ali Məclis sədrini təbrik etdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovun 60 illik yubileyidir. Bu münasibətlə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi adından sədr Samir Adıgözəlli Ali Məclisin sədrini təbrik edib.

Təbrikdə deyilir:

“Cənab Sədr! Sizi-Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olan dövlət xadimi kimi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram. Naxçıvan Muxtar Respublikasının əldə etdiyi nailiyyətlər məhz Sizin rəhbərliyiniz altında həyata keçirilməkdədir. Əsrin dörddə biri qədər dövr ərzində Naxçıvan bütün sahələrdə böyük inkişaf yolu keçmişdir. Naxçıvan MR-sı ən ağır dönəmlərdən keçərək, bu gün müasir görkəm alması, Azərbaycanın “Avropa”sı adlandırılması məhz Sizin əməyinizin, yüksək idarəçiliyinizin, uzaqgörən siyasətinizin nəticəsidir.

Naxçıvan MR-nın Ali Məclisinin sədri kimi nümayiş etdirdiyiniz müdriklik, vətənpərvərlik və prinsipial mövqe bu gün bir çoxları üçün nümunə rolunu oynayır. Ömrünüzün ən mənalı dövrünü Azərbaycan dövlətçiliyinin qurulmasına və möhkəmləndirilməsinə həsr etmisiniz. Tanrının bəxş etdiyi qiymətli ömrü vətənin müdafiəsinə, inkişafına həsr edən bir şəxsiyyət kimi xidmətləriniz qarşısında minnətdarlıq hisslərimi bildirirəm. Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ən şirin nemət olan can sağlığı diləyir, Naxçıvan Muxtar Respublikasını daha da zirvələrə yüksəltmək istiqamətində yorulmaz fəaliyyətinizə uğurlar arzulayıram.

Hörmətlə: Samir Adıgözəlli, İSBAM sədri

“Boyukmillet.com” xəbər portalının baş direktoru”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …