Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İsa Qəmbərin Türkiyədə müayinəsi davam etdirilir

İsa Qəmbərin Türkiyədə müayinəsi davam etdirilir

“Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Türkiyədə müayinəsi davam etdirilir, səhhətində ciddi problem yoxdur”.

Bunu Report”a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, bu, aparılan ilkin müayinələrdən də aydın olur: “Yaxın müddətdə müayinələrin yekun nəticəsi məlum olacaq”.

G.Aslanlının sözlərinə görə, İsa Qəmbərin Azərbaycana dönəcəyi tarix məlum deyil: “O, Türkiyəyə həm müayinədən keçmək, həm də bir sıra görüşlərdə iştirak etmək üçün gedib”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …