Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / İSA QƏMBƏRİN SABİQ MÜŞAVİRİ ƏLİ ƏKBƏR İRƏVANDA AZƏRBAYCAN ƏLEYHİNƏ DANIŞIB

İSA QƏMBƏRİN SABİQ MÜŞAVİRİ ƏLİ ƏKBƏR İRƏVANDA AZƏRBAYCAN ƏLEYHİNƏ DANIŞIB

Bu günlərdə İrəvanda “Qarabağ münaqişəsi: tarix və çağdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Rusiya, Ermənistan və qondarma “DQR” təmsilçiləri iştirak ediblər
İclasda Azərbaycanın ən qatı düşmənləri toplaşıblar. Erməni tarixçi, Azərbaycana qarşı nifrət püskürən yazıları ilə Anton Yevstratov, sabiq müdafiə naziri Vaqarşaq Arutunyan, separatçı “Talışların Milli Dirçəlişi” təşkilatının sədri Fəxrəddin Aboszadə konfransda çıxış edərək Azərbaycana nifrət dolu çıxışlar ediblər. “Biz Arsax xalqını tam müdafiə edirik”,- deyən F.Aboszadə rəsmi Bakını hədələməyi də unutmayıb.
Toplantıda çıxış edən yazar, hazırda İsveçrədə yaşayan Əli Əkbər bildirib ki, Azərbaycanda KİV millətçiliyi təbliğ edir. Azərbaycanın Qarabağla bağlı hərbi əməliyyatlarını pisləyən yazar Azərbaycan siyasi elitasını təhqir edib. Əli Əkbər utanmadan İlham Əliyevin Xankəndini “yer üzündən silmək” istədiyini, İrəvana torpaq iddiası etdiyini deyib. “Qarabağda son savaş gedəndə mənim arvadım ağlayırdı. Ona görə yox ki, bu savaşda azərbaycanlılar da ölürdü, ona görə ki, savaşda insan ölürdü ” deyə “Mən əclafam” əsərinin müəllifi Əli Əkbər İrəvanda əclaflığın son nöqtəsini qoyub.

Xatırladaq ki, Əli Əkbər mühacirətə getməzdən əvvəl, Müsvata Partiyasında təmsil olunub və partiyanın sabiq başqanı İsa Qəmbərin müşaviri olub.  Sonradan homoseksual baxışlarına görə, İsa Qəmbər  posmodernist yazarın başqan müşaviri olmadığını iddia etməyə çalışsa da, fakt faktlığında qalır. Əli Əkbərin Müsvat Partiyasınında rəhbər post tutmasını  partiyanın başqan müavini Gülağa Aslanlı da vaxtilə verdiyi açıqlamada təsdiq edib. Azinforum.az həmin müsahibənin linkini təqdim edir.

http://musavat.com/news/siyaset/musavat-eli-ekberi-mushavirlikden-cixaracaqmi_127312.html

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …

Bir cavab yazın