Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “İş yerlərini dəyişmək üçün molla kəbinindən istifadə edirdilər” – Müəllimlərlə bağlı əcaib iddia

“İş yerlərini dəyişmək üçün molla kəbinindən istifadə edirdilər” – Müəllimlərlə bağlı əcaib iddia

Məlum olduğu kimi, bu gündən iş yerini dəyişmək istəyən müəllimlər üçün onlayn qeydiyyata start verilib. Namizədlər 4-11 iyun 2018-ci il tarixlərində http://miq.edu.az/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

Moderator.az xəbər  verir ki, məsələylə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bu prosesdə əvvəllər neqativ hallar çoxluq təşkil etsə də, indi tam şəffaf sistem qurulub:

“İlk növbədə qeyd etmək istəyirəm ki, 2016-cı ilə qədər müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi eyni rayon daxilində iki direktor arasındakı razılıq, bir rayondan və ya şəhərdən digərinə isə Rayon Təhsil şöbəsinin razılığı əsasında baş tuturdu. Təəssüf ki, bu zaman ciddi qanun pozuntuları var idi, proses hüquqa zidd olaraq həyata keçirilirdi. 2016-cı ildən etibarən isə bu məsələ də mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçirilməyə başladı. Müəllimin öz iş yerini dəyişməsi üçün əsas olan birinci faktor onun DQ ( Diaqnostik Qiymətləndirmə) və ya MİQ (Müəllimlərin işə qəbulu) zamanı topladığı bal hesab olunur”.

Ekspert qeyd edib ki, yalnız bundan sonra sosial, yəni yerdəyişmə üçün zəruri olan səbəblərə baxılır:

“Təəssüf ki, bəzi hallarda müəllimlər səbəblər üçün saxtakarlığa yol verirlər. Belə ki, hətta yerdəyişmə də müsbət cavab almaqdan ötrü, sənəd üçün nikaha girənlər, hansısa yolla sağlamlıqları ilə bağlı tibbi arayış alan şəxslər olur.
Hətta müəllimlərdən müraciət zamanı molla kəbini ilə müraciət edən də olmuşdu. Deyirdi ki, nişanlıyam, molla kəbinim var, bununla müraciət edə bilərəmmi?

Qeyd edim ki, yaradılmış şəraitdən sui-istifadə edən məktəb direktorları da olur. Onlar müraciət edən müəllimlərdən müəyyən məbləğdə pul vəsaitləri alır ki, sənin yerdəyişmən üçün müsbət cavab alacam. Lakin bütün bunların heç bir əsası yoxdur.
Yerdəyişmə tam şəkildə şəffaf, ədalətli, hüquqi müstəvidə həll olunur. Bu prosesə kənar qüvvələrin müdaxiləsi mümkün deyil. Sosial səbəblər o zaman keçərli olur ki, məsələn, müraciət edən şəxsin həyat yoldaşı hərbiçidir, yaşadığı yer uzaq məsafədədir, xəstəliklə bağlı harasa getməlidir və s”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …