Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / İş adamlarının əmlakı müsadirə olundu – Video

İş adamlarının əmlakı müsadirə olundu – Video

Vergi borclarından yayınan şəxslərin əmlakı müsadirə olunub.

“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, Bakı Vergilər Departamentinin Bəyannamələr və Vergi Borclarının Alınması İdarəsinin əməkdaşları tərəfindən Bakının Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 15 ünvanında yerləşən, “Database” MMC-yə məxsus “Şərq” restoranında əmlakın siyahıya alınması tədbirləri keçirilib.
Vergi orqanları tərəfindən vergiödəyicisinin fəaliyyəti araşdırılarkən onun 1600 manat vergi borcunun yarandığı müəyyən edilib.

Borcun ödənilməsi barədə bildiriş göndərilsə də o, bu borcu vaxtında ödəməyib və buna görə də ictimai iaşə obyektində olan 1600 manat məbləğində müxtəlif növ məişət avadanlığı və mebel müvafiq qaydada siyahıya alınıb.

Bakının Səbayel rayonu, Nizami küçəsi, ev 96 ünvanında yerləşən, tam xarici investisiyalı “Barakalı” LTD” MMC-yə məxsus “Zirvə elektrik” mağazasında da oxşar tədbir keçirilib. Vergiödəyicisinin 11 min 666 manat vergi borcu müqabilində obyektdəki 12000 manat dəyərində müxtəlif növ elektrik mallarına əl qoyulub.

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2-ci paralel ünvanında yerləşən, fiziki şəxs Şahin Sərdara məxsus “Sürmene” restoranında vergiödəyicisinin 2652 manatlıq vergi borcunun ödənilməsi üçün 3000 manat dəyərində məişət avadanlığı siyahı ilə əlindən alınıb

 

 

 

 

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın