Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Aktual / İş adamı kürəkənini həbsdən çıxarmaq üçün hərəkətə keçdi – “Qurtuluş-93”ün sahibi zəzərçəkənlərə şirnikləndirici təkliflər edib

İş adamı kürəkənini həbsdən çıxarmaq üçün hərəkətə keçdi – “Qurtuluş-93”ün sahibi zəzərçəkənlərə şirnikləndirici təkliflər edib

“Qurtuluş-93” MMC-nin sahibi Məhərrəm Novruzov kürəkəni Elşad Kərbəlayevi həbsdən çıxarmaq üçün hərəkətə keçib.

REPORTYOR.info-ya daxil olan məlumata görə, iş adamı kürəkəninin törətdiyi ağır avtomobil qəzası zamanı ölən şəxslərin ailələrinə şirnikləndirici təkliflər edib. İddialara görə, “təkliflər paketi”nə Bakı şəhərinin mərkəzində ev, Masazırda villa, bahalı avtomobillər və böyük məbləğdə pul daxildir. Bildirilir ki, zərərçəkənlər Məhərrəm Novruzovun təkliflərini qəbul edərək şikayətçi olmayacaqlarına, cəza üçün israr etməyəcəklərinə söz veriblər.
Elşad Kərbəlayev ötən ayın ortalarında Novxanı-Sumqayıt yolunda ağır qəza törədib. O, “Spring” otelin qarşısında idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobillə piyadanı vurub. Hadisə nəticəsində piyada ölüb. Hadisə yerində qaçmağa çalışan Elşad Kərbəlayev “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və bu zaman məlum olub ki, o, sərxoşdur.
Elşad Kərbəlayev haqqında dörd aylıq həbs-qəti imkan tədbiri seçilib.
Ötən gün isə Məhərrəm Novruzovun həyat yoldaşı qəza törədib. Hadisə Duz gölünün yaxınlığında baş verib. 90-HN-009 dövlət nişanlı “Mercedes Galandewagen” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil əvvəlcə “Nissan”, daha sonra “Mercedes” və “VAZ 2106” markalı maşınlara çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Həmçinin oxuyun

Eldəniz Səlimovun əmlakı müsadirə olunacaq

Deputat toxunulmazlığı ləğv edilən kimi saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən Eldəni Səlimov Cinayət …