Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “İraq 3 yerə parçalanacaq, Türkiyə hazır olmalıdır” – Abdullah Ağar

“İraq 3 yerə parçalanacaq, Türkiyə hazır olmalıdır” – Abdullah Ağar

Düşünürəm ki, 2021-ci il böyük riskə – İraqın parçalanmasına qayıtdığımız il olacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar çıxış edib.

“Aşağıdakı xəritə İraqı ən azı 3 hissəyə bölməyə çalışanlara məxsusdur. Ancaq bilirlər ki, İraq bölünməyə başlayarsa, bu, 3 hissəyə parçalanmaqla bitməyəcək. Türkiyə və bölgə üçün İraqın sabitliyi Suriya ilə müqayisədə daha böyük həcm və riskə sahibdir.

İraq Yaxın Şərqin geosiyasi və qlobal teologiyasının ürəyidir. Türkiyə İraqı hər zaman izləməyə, staregiya qurub təsir göstərməyə hazır olmalıdır”, – Ağar qeyd edib.

Ağar İraqın parçalanacağının səbəblərini belə izah edib:

– Mərkəzi hökumətin zəifliyi;

– Federal sistemin tətbiq edilməməsi;

– Ekoloji böhran;

– Neftin ucuzlaşması;

– Ölkəyə İran-ABŞ müdaxiləsi və davası;

– Məzhəb və etnik çəkişmə.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …