Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İranlı sürücü: ‘Belə getsə, Ermənistana mal gətirmək sərfəli olmayacaq…’

İranlı sürücü: ‘Belə getsə, Ermənistana mal gətirmək sərfəli olmayacaq…’

AzadlıqRadiosunun Erməni xidmətinin yazdığına görə, artıq bir həftədən də uzun müddətdə Gorusdan Vorotana və geriyə avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində yeni hərəkət qaydası mövcuddur.

Avtomobillər erməni yoxlama-buraxılış postunda gözləyirlər, daha sonra yığılmış maşın karvanını Ermənistan Milli Təhlükəsizlik Xidməti müşayiət edir.

Azatutyun yazır ki, yolun bu 4 kilometrlik hissəsində Rusiya sərhədçilərinin də öz postu var.

Yolun bu hissəsində üç dildə “Azərbaycana xoş gəlmisiniz” plakatını yerləşdirmiş azərbaycanlılar da öz infrastrukturlarını, sərhəd və polis postlarını qurublar. Bu hissədə yolun hər iki tərəfində silahlı və maskalı hərbçilər var.

Azatutyun yazır ki, 10 gün bundan əvvəl Ermənistanın Kotayk vilayətinin Kasax kəndindən olan iki kişi burada yoxa çıxmış və daha sonra rusların vasitəçiliyi ilə erməni tərəfinə qaytarılmışdı.

Bu da xəbər verilir ki, azərbaycanlılar içində erməni uşaqlar olan avtobusu da dayandıraraq onlara “Qarabağ – Azərbaycandır” dedirtmiş və avtobusun kuzovundakı yapışdırma “Dağlıq Qarabağ bayrağını” bıçaqla qaşıyaraq pozmuşdular.

Deputat: “Bizə möhkəm əsəblər lazımdır”

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının Gorusdan olan deputatı Armen Xaçatryan etiraf edir ki, avtokarvanların qurulması heç də ən yaxşı çıxış yolu deyil, amma ən azı hərəkətin təhlükəsizliyi təmin edilib:

“Əgər biz alternativ yol tiksək, azərbaycanlıların təxribat üçün imkanları az olacaq. Onlar bilirlər ki, Tatevi saymasaq, bu yeganə yoldur və bizim bu ağrılı yerimizi imkan düşən kimi basa bilərlər. Bizə möhkəm əsəblər və zəhmətkeşlik, gecə və gündüz işləmək lazımdır ki, bu problemi qısa müddətdə həll edək”.

Gorus şəhərinin həbs olunmuş meri Aruş Aruşanyanın müavini Karen Koçaryan narazılığını bildirib.

Onun sözlərinə görə qarşıdan qış gəlir, yolda növbələr yaranır, zahı qadının Vorotandan şəhərə çatması üçün avtokarvan tərpənənədək növbədə gözləməsi lazım gəlir:

“Bu çıxış yolu deyil, adamlar üçün bəladır. Bizim icmanın üç kəndində hər gün belə bir vəziyyət yaranır: tələbələr və işçilər işə ya dərsə gecikməmək üçün sübhdən gəlməli, növbə gözləməli olurlar”.

İran sürücüləri narazıdırlar

Azatutyun yazır ki, erməni yoxlama-buraxılış postunun yaxınlığında İran yük maşınları növbəyə düzülüblər.

Onlar yolun Azərbaycanın nəzarətində olan hissəsindən yanacaq daşıyan hər maşın üçün 250 dollar verərərək keçiblər.

Onlara qayıdan baş 130 dollar da verməli olacaqları barədə xəbərdarlıq edilib. Adi yük maşınlarının keçmə haqqı daha ucuzdur.

İran sürücülərindən biri deyir:

“Mən nağd pul ödədim. Əgər belə davam etsə, Ermənistana yük daşımaq sərfəli olmayacaq. Hər dəfə az qala 400 dollar vermək lazım gəlir”.

Başqa bir iranlı sürücü isə deyir:

“Bizim ödədiyimiz məbləğ daşıdığımız malların qiymətlərinə təsir edəcək, onlar Ermənistan sakinləri üçün daha baha olacaq. Bu sərfəli olmayacaq. Bizim daha Ermənistana sifarişimiz olmayacaq. Pul məsələsindən başqa, biz Azərbaycan hissəsində saatlarla növbədə dayanmalı oluruq, qrafikdən çıxırıq. Aydındır ki, bəziləri Ermənistana maşın sürmək istəməyəcəklər”.

Ermənistan hökumətinin vədinə görə noyabrın sonlarında istifadəyə veriləcək alternativ Tatev-Qafan yolu, iranlı sürüclərin dediyinə görə narahatdır, yük maşınları dağ aşırımlarından keçə bilməyəcəklər:

“Mənim dostum o yolla gedib. Deyir ki, yaxşı yol deyil, maşını xarab edir”.

Daha çox alternativ var

Hakim partiyadan deputat Armen Xaçatryan deyir ki, məsələn, Ltsen, Svarants kəndlərindən keçən başqa alternativ variantlara da baxılır.

Deputat bildirib ki, hazırda bu barədə mühəndis hesablamalarını gözləyirlər. Əgər alınsa, böyük yük maşınları Sisyana Tatev aşırımlarından keçmədən çata biləcəklər:

“Mən deməzdim ki, bu variant nəzərdə tutulmamışdı. Əgər nəzərdə tutulmasaydı Qafan-Tatev yolu istiqamətində böyük miqyaslı işlər görülməzdi. Əgər nəzərdə tutulmasaydı, bu yol işləri daha uzun çəkərdi. Amma Azərbaycanın təxribat əhval-ruhiyyəsinin sərhədlərini bilmək olmur”.

Azatutyun yazır ki, Gorus-Qafan yolundakı vəziyyəti sentaybrın 29-da baş nazirin müavini Suren Papikyan və İranın Ermənsitandakı səfiri Abbas Bədəxşan Zühuri ilə müzakirə edib. Sentyabrın 30-da Zühurinin bu barədə xarici işlər naziri Ararat Mirzoyabnla da söhbəti olub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …