Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / İranlı deputatın mövqeyi İslama ziddir – İLAHİYYATÇI

İranlı deputatın mövqeyi İslama ziddir – İLAHİYYATÇI

İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komitəsinin sədri Moctaba Zolnurinin Azərbaycana qarşı yönəlik fikirləri qonşuluq şəraitimizə və tarixi ortaq dəyərlərimizə ziddir. Son olaylarla bağlı iranlı deputatın bu mövqeyi islami dəyərlərə tamamilə əksdir. İslam dəyərlərini daşıdığını iddia edən hər şeydən öncə dini təhqir edənlərə qarşı olmalıdır. Ermənistan illərlə İslamı, dini abidələri, seyidlərin qəbrini, məscidləri təhqir edib. Ona qarşı səsini çıxarmayan bəz adamlar indi Azərbaycan əleyhinə danışmaq üçün sıraya düzülüblər. Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev iranlı deputatın bu addımı ilə bağı belə deyib: “Azərbaycan-Ermənistan sərhəddində baş verən son olaylardan dolayı səsləndirdiyi fikirlər Azərbaycana qarşı təhdid və şantajdır.” Razi Nurullayev tamamilə haqlı qeyd edib. Çünki sözü gedən şəxsin aşağıdakı fikirləri dostluq münasibətlərimizə də xələl gətirən faktlardır. İranlı deputat deyir ki, “İran İslam Respublikasının mövqeyi çox açıq-aydın və qətiyyətlidir. Bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmirik, bölgə ölkələrinin ərazi bütövlüyü qorunmalıdır, sərhədlərimiz yaxınlığında bölgədən kənar bir güc qəbul etmirik. Ermənistan ərazilərinin bir hissəsini almaq və sərhədlərimiz dəyişdirmək istəyirlərsə, yəni yeni bir qonşumuz olsa, bizim üçün məqbul olmayacaqdır. Keçmişin sərhədləri tamamilə qorunmalı, İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”. Ermənistanı və erməniləri, ermənidən daha çox müdafiə etmək, özü də haqsız qahmar çıxmaq müsəlmanlıqla, İslamla daban – dabana ziddir. Çünki ermənilərin İslami dəyərlərə və insanlığa vurduqları zərbə dünyaya məlumdur. Quranda Allaha təala buyurur ki, “iman gətirənlər qardaşdır.” Demir ki, “İranla Ermənistan qardaşdır. Yəni səhv salmaq lazım deyil. Millət vəkili Razi Nurullayev habelə qeyd edib: “Çox üzülürəm ki, İran rəsmisinin xəbəri olmayıb ki, alnını möhürə qoyub namaz qıldığı məscidlərdə Ermənistan Allahın sevmədiyi heyvanı (donuz, свинья, pig, schwein) saxlayıb, sərhədləri, şəhər və kəndləri yerlə-yeksan edib, daşı daş üstündə qoymayıb. Hər tərəfi xaotik basdırılmış minalarla bəzəyib və o minalara onun din qardaşları düşüb partlayır. Biz Ermənistanla necə danışmaq lazım olduğunu gözəl bilirik. Bu sahədə məsləhətə ehtiyac duymuruq. Biz gözəl qonşuyuq və gözəl qonşuları da sevməyə hazırıq. Yaxşı olar ki, Ermənistana təzyiq edin ki, mina xəritələrini versin.” Tamamilə reallığı və lazım olanı deyib cənab R. Nurullayev. Çünki İslama iman gətirənlər etibarlı qardaş olmalıdırlar. Xəyanətkar qardaş deyil. İmam Əli buyurur ki, zalım, zalıma yardım edən və zülmə susan hər üçü günaha ortaqdır. Azərbaycan Respublikası üçün zalım Ermənistan Terror Dövlətidir. Onun etdiyi zülmə yardım edən və susanlar da məlumdur. İmam Əlinin yolunu getdiyini iddia edənlər gərək daha vicdanlı düşünsünlər. Çünki elə etmək lazımdır ki, Qiyamət günü o müqəddəslərin üzünə baxmağa üzləri olsun. Əgər qismət olsa…

Tural İrfan İlahiyyatçı-yazar, Milli Cəbhə Partiyasının sədr müavini

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …