Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / İranda zəlzələ nəticəsində ölənlərin sayı 407-ə çatdı – YENİLƏNDİ

İranda zəlzələ nəticəsində ölənlərin sayı 407-ə çatdı – YENİLƏNDİ

Son məlumata görə, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 407-ə çatıb.

Trend-in məlumatına görə, bu rəqəm İranın yerli mediası tərəfindən səsləndirlib.

Yaralıların sayı isə təxminən 6700 qeyd olunur.

****

İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində ölənlərin ümumi sayı 381-a çatıb.

APA-nın İranın İRİB agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələ zamanı İranda 370 nəfər ölüb, 6 min adam yaralanıb.

İraqda isə zəlzələ qurbanlarının sayı 11 olub, onlarla insan yaralanıb.

Bildirilir ki, İranın bəzi ərazilərində elektrik enerjisi təchizatı dayandırılıb, telefon və internet xidmətləri işləmir.

Qeyd edək ki, İranda 1990-cı ildə 40 min adamın ölümü ilə nəticələnmiş zəlzələ baş verib.

****

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 339 nəfərə çatıb, 2500-dən çox adam xəsarət alıb.

“Report” “Press TV”yə istinadən xəbər verir ki, bu barədə İranın təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Təşkilatından bildirilib.

İSNA-nın məlumatına görə, 5346 nəfər xəstəxanalara çatdırılıb, onların bir hissəsi sonradan evə buraxılıb.

Qeyd edək ki, dünən axşam İran-İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Hadisə ilə əlaqədar ilk Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində olub.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …