Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İRANDA  XƏRÇƏNG DİAQNOZU QOYDULAR, AMMA XƏRÇƏNG DEYİLMİŞ

İRANDA  XƏRÇƏNG DİAQNOZU QOYDULAR, AMMA XƏRÇƏNG DEYİLMİŞ

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, uroloq-androloq-cərrah Araz Bayramov Birəşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Ərəb dünyasının uroloji toplantısı”ndan qayıdıb.

Səfər çərçivəsində ABŞ-ın məşhur “Klivlend” klinikasından iş təklifi alan Araz Bayramov bildirib ki, ona klinikanın Dubay mərkəzində uroloq-cərrah kimi çalışmaq təklif olunub: “Əslində bu təklif mənim üçün də gözlənilməz oldu. Ərəb dünyasının uroloji toplantısı çərçivəsində biz dünya səhiyyə sərgisində və ABŞ-ın dünyaca məşhur Klivlend klinikasının Dubay mərkəzinin açılışında iştirak etdik. Elə açılış mərasimindəcə mənə və postsovet məkanından olan digər cərraha burada çalışmaq təklifi olundu. Hazırda Azərbaycanda çalışdığımı, bu səbəbdən təklifi qəbul edə bilməyəcəyimi deyəndən sonra ümumi əməkdaşlıqla bağlı razılıq əldə olundu”.

“Ərəb dünyasının uroloji toplantısı”nda urologiya ilə bağlı ciddi müzakirələrin olduğunu deyən Dr. Araz Bayramovun sözlərinə görə, tədbirdə böyrək daşlarının, sidik kisəsi və axarı daşlarının holmium-lazerlə müalicəsi, prostat adenomasının plazma-kinetik üsulla müalicəsi, böyrək şişləri və kistalarının laporoskopik yolla müalicəsi, kişi sonsuzluğunun mikroskopik varikoselektomiya yolu ilə müalicəsi və s. əldə etdiyi nəticələr müzakirə olunub.

Milli Məclisin deputatı Musa Quliyevin “İranda stomotoloq, Bakıda ginekoloq işləyən həkimlər var” fikrinə münasibət bildirən uzman qeyd etdi ki, bu gün İrandan və digər xarici dövlətlərdən Azərbaycana savadsız həkimlər təşrif buyurur: “Əvvəla, o məqama diqqət çəkilməlidir ki, istedadlı, peşəkar həkim öz ölkəsində çalışar, daha başqa dövlətlərdə bazar axtarmaz. Hörmətli deputatın da söylədiyi kimi, bu gün Azərbaycana müüalicə adı ilə gələn iranlı həkimlərin əksəriyyəti öz dövlətində yeri olmayan, qeyri-peşəkar insanlardır. Hazırda nəinki İranda, Avropanın özündə də qəbul olunan, Qərb təhsili görmüş kifayət qədər uzmanlarımız var ki, xəstələrin bəzi hallarda öz sağlamlıqlarını onlara deyil, hansısa iranlı həkimə etibar etməsi bu sahədə məlumatsız olmalarından xəbər verir. Bəzi klinikalar və reklam agentlikləri əcnəbi həkimləri təbliğ etməklə, həm onlar, həm də özləri üçün gəlir mənbəyi yaradırlar və xəstələrin etimadından sui-istifadə edirlər. İndiyə qədər dəfələrlə həm İranda, həm də ölkəmizdə fəaliyyət göstərən əcnəbi həkimlərdən narazı olan ağırlaşmış xəstələr müraciət edir. Hətta bir xəstə var idi, ona İranda xərçəng diaqnozu qoymuşdular, araşdırdıq, məlum oldu ki, bu xəstədə adi böyrək kistası var imiş”.

Xəstələri ölkədə fəaliyyət göstərən təsadüfi özəl klinikalara üz tutmamağa çağıran Araz Bayramov söylədi ki, məhz belə klinikalarda savadsız əcnəbi həkimlərin xidmətindən daha çox istifadə olunur.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın