Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Aktual / İran Zəngəzura alternativ “Qafqaz dəhlizi” üçün əlləşir – VİDEO

İran Zəngəzura alternativ “Qafqaz dəhlizi” üçün əlləşir – VİDEO

İran Ermənistan üzərindən “Qafqaz dəhlizi” açmaq istəyir. Öz təbirlərincə desək, Zəngəzur dəhlizinə alternativ yol çəkmək istəyirlər. Beləcə bu siyasi şounun tərkibi olan “Qafqaz dəhlizi” İranı Gürcüstana guya rahat çatdırmalıdır. Tutaq ki, İran bu arzusuna çatdı, bəs unudubmu kı, qərb qapılarını onun üzünə bağlayıb, dağ yarıb, yol çəkıb Gürcüstana çatan İran məhsulları elə Gürcüstanadaca çürüyəcək.

Dünyaya dini ayrı-seçkilik salaraq özünə planetin böyük hissəsini düşmən edən İran şimalında özündən 30 dəfə balaca olan Ermənistanla dostlaşmağa və elə bu fonda da yeni düşmənlər qazanmağa israrlıdır. Vətən müharibəsindən sonra regionda yaranmış ədalətli reallıqların diktə etdiyi Zəngəzur dəhlizi də İranı narahat etməyə və alternativ dəhliz axtarışına başladıb. Bir sözlə Zəngəzur dəhlizi İranı dağlara salıb, dağlar arasından dəhliz çəkməyə sövq edir. Amma bu onlara baha başa gələcək, blokadada olan İran daha bir təcrid olunmuş ölkənin dağlarını yarıb yol çəkmək üşün düşmən saydığı ölkənin pulundan, yəni bir neçə milyard dollar tapmalıdır. Hikkəsinə məğlub olub, necə deyərlər boğazından kəsib Ermənistandan Gürcüstana boğaz yol çəksə də, xərcini çıxara bilməyəcək.

İranın Gorus-Qafan yolunda – Azərbaycanın öz suveren ərazisində başlatdığı yoxlamalardan narahat olmağa başlayan və yeni yol çəkmək istəyən İranın bu ideyasına Ermənistanın hansısa maliyyə ayıracağı ilə bağlı heç bir məlumat yoxdur. İndi dəmir yumruğun zərbəsindən sonra müəyyən məsələlərdə adekvat olmağı bacaran Ermənistanda “Qafqaz dəhlizi” layihəsinin də ona əlavə məsrəf olacağını düşünənlər var.

Ekspertlər düşünür ki, sonu fiasko ilə nəticlənəcəyi bəlli olan bu layihənin müqəddratını əslində İranlı rəsmilər də yaxşı bilir. Sadəcə İran bu məsələni gündəmdə saxlamaqla  Azərbaycanla danışqılarda müəyyən üstünlük qazanmağı düşünür.

Həmçinin oxuyun

Prezident əməkhaqları və pensiyaların artırılması ilə bağlı tapşırıq verdi

Prezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər …