Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmayıb – Rəsmi

İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmayıb – Rəsmi

Xəbər verdiyimiz kimi, bu gün AZAL Naxçıvana uçuşları Ermənistanın hava məkanından istifadə edərək həyata keçirib.

Sosial şəbəkələrdə isə bir qrup şəxs bunu İranın Azərbaycanın hərbi yüklərinin daşınması üçün hava məkanını bağlaması ilə əlaqələndirib. İddia olunub ki, İranın bu qadağasından sonra Azərbaycan qısa müddətdə Ermənistan hava məkanından uçuşlara başlayıb. Şərhlərdə qeyd olunur ki, İran üzərindən mülki, yəni sərnişin uçuşlarına da qadağa qoyulub.

AZAL-dan “ Azinforum.az ” – a bildirilib ki, sərnişin təyyarələrimiz İranın hava məkanından istifadə edə bilir: “Bunu “Flightradar” sisteminə baxış keçirəndə də görmək mümkündür. AZAL-ın İran hava məkanından istifadə edərək sərnişin daşımasına hər hansı qadağa yoxdur”.

Qeyd edək ki, oktyabrın 6-dan etibarən AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …