Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu

İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu

 İran dövlət televiziyası rəhbərliyi sünni müsəlmanlara qarşı təhqir hesab edilən canlı yayım səbəbiylə   3 əməkdaşın işdən çıxarılması haqda qərar verib.
Moderator.az bildirir ki, bu haqda   “İRNA”  agentliyinə İran Teleradio Şirkəti rəhbərinin müavini Morteza Mirbageri məlumat verib.  Hadisə mayın 20-də 5-ci kanalda  ikinci şiə imamı Həsən ibn Əlinin mövluduna həsr olunmuş yayımdan sonra baş verib.  Həmin  verilişdə Əhməd Kadami sünni müsəlmanların müqəddəs məkanlarından birini təhqir edən  dua oxuyub.  Bu səbəbdən kanalın baş prodüseri, proqram meneceri və video- müşaviri işdən azad edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …