Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu

İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu

 İran dövlət televiziyası rəhbərliyi sünni müsəlmanlara qarşı təhqir hesab edilən canlı yayım səbəbiylə   3 əməkdaşın işdən çıxarılması haqda qərar verib.
Moderator.az bildirir ki, bu haqda   “İRNA”  agentliyinə İran Teleradio Şirkəti rəhbərinin müavini Morteza Mirbageri məlumat verib.  Hadisə mayın 20-də 5-ci kanalda  ikinci şiə imamı Həsən ibn Əlinin mövluduna həsr olunmuş yayımdan sonra baş verib.  Həmin  verilişdə Əhməd Kadami sünni müsəlmanların müqəddəs məkanlarından birini təhqir edən  dua oxuyub.  Bu səbəbdən kanalın baş prodüseri, proqram meneceri və video- müşaviri işdən azad edilib.

Həmçinin oxuyun

Space TV-nin efirində növbəti biabırçılıq – “Qanuni oğrular” TƏRİF EDİLDİ

“Space” telekanalının efirində növbəti dəfə ciddi nöqsanlara yol verilib.Minval.İnfo xəbər verir ki, ötən gün “Space” telekanalının …