Şənbə , Aprel 20 2024
Ana səhifə / İran-Səudiyyə savaşı başlayır

İran-Səudiyyə savaşı başlayır

Məlum olduğu kimi, dünən İrandan dəstək alan husi üsyançıları ilə prezident Mansur Hadinin tərəfdarları arasında gedən vətəndaş müharibəsinə Səudiyyə Ərəbistanı da qoşulub.

Bu, Hadinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ‘könüllü ölkələrə’ hərbi müdaxilə çağırışı etməsinin ardından baş verib. Səudiyyə Ərəbistanı çağırışa qoşularaq, daha 10 ölkənin hərbi qüvvələri ilə birgə Yəməndə hava əməliyyatına başlayıb. Ötən gecə başlayan əməliyyata “Qərarlı fırtına” adı verilib.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl-Cubeyr, “Hadinin qanuni hökumətini qorumağı planlaşdırırıq” deyib.
Ağ Ev sözçüsüi Bernadet Mihan ABŞ prezidenti Barak Obamanın Yəmənə yönəlik hərbi əməliyyata kəşfiyyat dəstəyi verdiklərini söyləyib.

Xəbər verilir ki, günlərdir cənubdakı Yəmən sərhədinə hərbi qüvvə yığan Səudiyyə Ərəbistanı əməliyyata 100 təyyarə ilə qatılıb. Bundan başqa, Riyad rəhbərliyi ayrıca 150 min əsgərini sərhəddə hazır gözlədir. Hava əməliyyatına Birləşmiş Ərəb Əmirlikləri 30, Bəhreyn 15, Küveyt 15, Qatar 10, İordaniya 6, Mərakeş 6 və Sudan 3 təyyarə ilə daxil olub. Deniz və hava qüvvətləri əməliyyatda iştirak edəcəyini açıqlayan Misirin 4 döyüş gəmisi Süveyş kanalı’na yönəlib. Pakistan isə Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə qarşı ola biləcək bir təhdidə sərt cavab veriləcəyini açıqlayıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bəyan edib ki, Səudiyyə Ərəbistanı tərəfindən Ankaraya əvvəldən məlumatı verilən hərbi hərəkatı dəstəkləyir.

İran isə ərəb koalisiyasına qarşı çıxıb. İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, Yəmənin suverenliyinə yönələn əməliyyat dərhal dayandırılmalıdır: “Yəməndəki böhranı bitirmək üçün nə lazımdırsa edəcəyik”.

Beləliklə, onsuz da qan gölünə dönmüş Yaxın Şərq daha bir qanlı müharibənin astanasındadır.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın