Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / İran dövlət televiziyasında Azərbaycana qarşı TƏXRİBAT

İran dövlət televiziyasında Azərbaycana qarşı TƏXRİBAT

İran parlamentinin Urmiya şəhərindən seçilmiş deputatı Ruhulla Həzrətpur İran Dövlət Televiziyasının ermənipərəst mövqeyinə etiraz edib.
GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe. info-ya verdiyi məlumata görə, Ruhulla Həzrətpurun bu mövqeyinə səbəb televiziyanın Azərbaycanın Qarabağ bölgəsini “ermənilərə məxsus ərazi” kimi təqdim etməsi olub.
Həzrətpur İran Dövlət Televiziyasının sədri Əbdüləli Əsgəriyə məktub ünvanlayaraq iyulun 13-də dövlət televiziyasının xəbərlər proqramında Qarabağın “ermənilərin sıx yaşadığı” ərazi kimi təqdim edilməsindən təəssüfləndiyini bildirib. Millət vəkili bunun tarixi, siyasi və sosial reallıqdan uzaq yanaşama olduğunu deyib.

“Qarabağ müsəlman bölgəsidir, belə də olacaq”-deyə, millət vəkili bildirib.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …