Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / İradə Zeynalovanı Moldovaya buraxmadılar

İradə Zeynalovanı Moldovaya buraxmadılar

Məşhur rusiyalı teleaparıcı, əslən azərbaycanlı İradə Zeynalovanı Kişinyova buraxmayıblar.

Azinforum.az  TASS-a istinadən xəbər verir ki, o, dünən axşam Moldova paytaxtının hava limanında pasport qeydiyyatından keçərkən saxlanılıb.

“Çərşənbə axşamı günü Rusiya Federasiyasının vətəndaşına respublikamıza səfərinin məqsədini göstərmədiyi üçün ölkəmizə giriş qadağan edilib. O, İstanbul – Kişinyov reysi ilə gəlib və nəzarət məntəqəsində bildirib ki, rəsmi şəxslərlə görüşləri təyin edilib, lakin bunu sənədlərlə sübuta yetirə bilməyib”, – sərhəd polisinin mətbuat xidməti bunu bildirib və əlavə edib ki, Zeynalova elə həmin axşam Moskvaya yola düşüb.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …