Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İradə İsak: “İlhamə Quliyevanın da Bülent Ersoy kimi trans olduğunu düşünmüşdülər”

İradə İsak: “İlhamə Quliyevanın da Bülent Ersoy kimi trans olduğunu düşünmüşdülər”

Telejurnalist İradə İsak “Zuhal Topalla” evlilik proqramının keçmiş iştirakçısı, transseksual olduğu deyilən azərbaycanlı Esmira haqqında fikirlərini sosial şəbəkə vasitəsilə bölüşüb.
Moderator.az xəbər verir ki, o, illər əvvəl türkiyəli media nümayəndələrinin Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın da Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy kimi trans olduğunu düşündüklərini bildirib.
“Türkiyədə evlilik proqramlarının birinə qatılan azərbaycanlı qızı transa bənzətdikləri üçün o, məcbur olub mediaya uşaqlıq şəkillərini çıxarıb. Heç o şəkillərdə də özünə oxşamır. Bax nə məcburdur ki, o qədər plastik əməliyyat etdirəsən, ay bacı? Heç özünə oxşamırsan.
Yeni adət də yaranıb. Əməliyyatdan sonra qızlar ağızlarını əyə-əyə, guya naz-qəmzəli danışmağa çalışırlar. Onda da lap o üzdəniraqlara oxşayırlar. Hətta bir dəfə Türkiyə media işçiləri İlhamə Quliyevanın da Bülent Ersoy kimi trans olduğunu düşünmüşdülər. Danışıq tərzi, makiyaj, əməliyyatlar başqa cür düşünməyə əsas vermirdi. Yaxşı, qüsurunuz var, düzəldin. Ta ağız-gözünüzü şişirib, dam boyda etmək sizə nə verir, ay canıyanmışlar?”, – deyə İ.İsak şərh yazıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın