Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual /  İRADƏ GÜLMƏMMƏDOVANIN İŞÇİLƏRİNİN DÖYDÜYÜ  SAKİNLƏR DANIŞDI: “DƏSTƏYƏ SƏRVİZ VƏ ABİDUN  RƏHBƏRLİK EDİRDİ” (VİDEO)

 İRADƏ GÜLMƏMMƏDOVANIN İŞÇİLƏRİNİN DÖYDÜYÜ  SAKİNLƏR DANIŞDI: “DƏSTƏYƏ SƏRVİZ VƏ ABİDUN  RƏHBƏRLİK EDİRDİ” (VİDEO)

“Abşeron rayon İcra Hakimiyyətinin rəhbər işçiləri olan – Sərviz və Abidun adlı şəxslərin göstərişi ilə onların gətirdiyi dəstə üzvləri heç bir əsas olmadan  bizi vəhşicəsinə döydü və bədənimizə ağır xəsarətlər  yetirdi”.

Bu sözləri Azinforum.az İnformasiya Portalına etdikləri şikayətdə Bakı şəhər Suraxanı rayon sakinləri İsmayılov Rövşən Əziz oğlu və Musayev Röyal Ehtiram oğlu  söyləyib. Şikayətçilər bildirir ki, noyabr ayının 5-i səhər saatlarında onlara məlumat verilib ki, qanuni yolla mülkiyyətlərinə aid olan təsərrüfatlarının hasarları naməlum şəxslər  tərəfindən sökülür. Hadisə yerinə yollanan vətəndaşlar həmin yerdə əməlli başlı sürprizlə rastlaşıblar. Rövşən İsmayılov bildirir ki, Suraxanı rayonunda yaşasa da, Abşeron rayon ərazisində onun fermer təsərrüfatı var:

irade

 Foto: İradə Gülməmmədova

“Bu məqsədlə 99 illik müqavilə əsasında  torpaq sahəsi icarəyə götürmüşük. Ərazainin mənə məxsus olduğunu təsdiq edən bütün sənədlər də mövcuddur.  Amma buna məhəl qoyulmadı. Mən həmin yerdə maldarlıq və quşçuluqla məşğulam. Gördüm ki, mülki geyimdə olan bir neçə şəxs əraziyə gətirdikləri texnikanın köməyi ilə hasarları sökürlər. Səbəbini soruşanda bizi təhqir etdilər, döyməyə başladılar. Biz qanuni haqqımızı tələb etdikdə belə, vəhşicəsinə  döyüldük. Bütün əmrləri Sərviz və Abidun adlı şəxslər verirdi. Bizə ayrılan torpağa sərəncamı Abşeron rayonunun sabiq icra başçısı Zakir Fərəcov verib.  Onun imzası qanunsuzdursa, qoy bunu bizə hüquqi yolla izah etsinlər. Axı, belə davranış dövlət qulluqçularının etikasına sığmır. Bütün hüquqi vasitələrdən istifadə edəcəm ki, təhqir olunmağıma, əsassız döyülməyimə  qanuni qiymət verilsin, günahkarlar cəzalandırılsın”.

 

serviz

Foto: Sərviz Süleymanov

Digər şikayətçi Röyal Musayev isə bildirdi ki,  döyülmə nəticəsində onun qolu çatlayıb:

“Bizim də həmin ərazidə topağımız var. Mülkiyyət hüququ anama məxsusdur. Lazımı sənədləri sizə də təqdim edirəm.  Həmin ərazidə əkin əkməyi planlayırdım. İcra Hakimiyyəti işçilərinin bu cür kobud davranışını anlaya bilmədim.  Dövlət məmuru nədir, vətəndaşı döyüb təhqir etmək nədir? Mən bu cür davranışa təəccüb edirəm. Qoy Sərviz və Abidun adlı rəhbər işçilərin başlarına yığıb gətirdikləri dəstədə təmsil olunanların kimliyi araşdırılsın. Əminəm ki, onların böyük əksəriyyəti qocu rolunu oynayır, icra hakimiyyətinə heç bir aidiyyətləri yoxdur. Bizə qarşı olan qanunsuzluqla bağlı, ərazi aidiyyəti üzrə  31-ci polis bölməsinə şikayət etdik.  Həkim ekspertizasından da  keçdik,  bədənizmidə xəsərətlərin olduğunu təsdiqləyən rəy verildi. Mən bütün əlaqədar qurumlardan bu məsələnin obyektiv araşdırılmasını tələb edəcəm. Ölkədə özəl sahibkarlığa rəhbərlik tərəfindən yaşıl işığın yandırıldığı bir zamanda, Abşeron rayon İcra Hakimiyyətinin bu cür yanaşması olduqca təəccüblüdür. Bizə qarşı cinayət əməlinə yol verilib. Bunun başqa adı ola bilməz. Mən bütün qanuni vasitələrdən istifadə etməklə, bu məsələnin tam araşdırılmasını tələb edəcəm”.

Redaksiyadan: Qeyri iş günü olduğu üçün, məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənə bilmədik. Onların da, münasibətini  dinləməyə hazır olduğumuzu bildiririk.  Azinforum.az sözügedən rayonun rəsmi internet resursuna müraciət edib və məlum olub ki, sakinlərin adlarını çəkdiyi Sərviz və Abidun adlı şəxslərin adları icra hakimiyyətində vəzifədə təmsil olunan şəxslər sırasında qeyd edilir. Həmin cədvəli, şikayətçilərlə edilən videosöbəti, deyilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləri və əraziyə gələn şəxslərin avtomobillərinin fotolarını təqdim edirik.  Mövzu ilə bağlı əlavə məlumat verəcəyik.

RÖVŞƏN ƏLİ,

AZİNFORUM.AZ

 

 

ab1

ab11

 

ab10

ni

Foto: Şikayətçi Royal Musayevin həm özü döyülüb, həm də maşınını bu hala salıblar

ab8

ab2

ab6

ab5

ab4

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın