Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / İrəvan-Culfa yolu açılacaqmı?

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların açılması üzrə işlərin praktiki, təqvim planını müzakirə edib və razılaşdırıblar”.

Bunu “Vestnik Kavkaza” agentliyinin Baş direktorunun müavini, ekspert Andrey Petrov AZƏRTAC-a müsahibəsində deyib.

“Vladimir Putin üçtərəfli qrupun işinin məhsuldarlığını əbəs yerə qeyd etmədi – il ərzində bu planın işlənib hazırlanması üçün vaxt olub. Gözləmək olar ki, kommunikasiyalar sinxron, birtərəfli bərpa olunmaqla açılacaq. Deyək ki, Naxçıvan üzərindən İrəvan-Culfa yolu olmayacaq. Belə ki, yeni bəyanatda bundan əvvəlki iki bəyanata sadiqlik təsdiqlənib, Zəngəzur dəhlizinin açılmasının təqvim planına salınacağına heç bir şübhə yoxdur. Nikol Paşinyan bu öhdəliyə bir daha imza atdı”, – Petrov qeyd edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …