Ana səhifə / Aktual / İrəvanın 2800 il tarixi? – Saxtakarlığı dünya miqyaslı nümayişə çevirirlər…

İrəvanın 2800 il tarixi? – Saxtakarlığı dünya miqyaslı nümayişə çevirirlər…

Ermənistan növbəti saxta tarixi qeyd etməyə çalışır. Hazırda Ermənistanın paytaxtı olan İrəvan şəhərinin 2800 illiyi münasibətilə “Qədim və yeni İrəvan” adlı sərgi keçirilir. Erməni KİV-lərinin verdikləri məlumata görə, sərgi İrəvanın mərkəzində açılıb.

Ermənistanın tarix muzeyinin təşkilatçılığı ilə təşkil olunan sərgidə paytaxtın qədim tarixinə aid fotoların nümayiş edildiyi bildirilir. Diqqətçəkən məqam bu tarixin Ermənistan tərəfindən saxtalaşdırılmasıdır. Çünki bütün tarixi mənbələrdən bizə bəllidir ki, İrəvan heç vaxt erməni şəhəri olmayıb. Bizim əcdadlarımızın yaratdığı İrəvan xanlığının paytaxtı olan bu şəhəri 2800 illik qədim tarixə istinad edib özününküləşdirmək cəhdini növbəti erməni yalanı saymaq olarmı?

Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər qaraçılar kimi vətəni olmayan xalqlar sırasına aiddirlər: “Onların mənşəyi, hardan-hara necə gəlmələri təkcə bizə deyil, bütün dünya tarixçilərinə məlumdur. Vətəni olmayan millətlər hər zaman dünyaya yayılırlar. Bu səbəbdən də ermənilər hara gedirlərsə, oranı özlərinə vətən sayırlar. Yaxın tarix, orta əsrlərin saxtalaşdırılmasına çətinlik çəkdikləri üçün, həmin millət daha qədimlərə istinad etməyə çalışır. İndi sizin dediyiniz 2800 illik “yubiley” kimi. Hətta bu yaxınlarda onların Azıx mağarasını da özününküləşdirmək istəkləri nəzərə çarpdı. İrəvanla bağlı cəhd olunan saxtalaşdırmanın heç bir əsası yoxdur. Çünki deyilən müddətdə ermənilərin bu çoğrafiyada heç izi-tozu da olmayıb. Ermənilərin bu bölgəyə köçürülməsi Çar Rusiyası tərəfindən yürüdülən siyasətlə bağlı həyata keçirilib. Onların uydurduqları yalanlar yalnız özlərinə deyil, həm də erməniləri himayə edən böyük dövlətlərin siyasi oyunları üçün lazım olur. Bu səbəbdən də biz tariximizi yaxşı öyrənməliyik ki, sonradan bura köçürülən və bizim vətənimizdə dövlət yaradan millətin yalanlarını vaxtında ifşa edə bilək. Forpost funksiyasını həyata keçirən bu ölkənin bütün təbliğatı yalan və böhtan üzərində qurulub. Ən maraqlısı isə budur ki, bunlar heç bir elmi əsaslara söykənməyən yalanları ictimailəşdirməklə tarixi təhrif etməyə can atırlar. İrəvanın tarixini 2800 il əvvələ gedərək özlərinə calamaq cəhdi də elmi əsası olmayan bir fərziyyədir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …