Ana səhifə / İrəvanı işğal edəcək ordu

İrəvanı işğal edəcək ordu

Rusiya lideri Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın münasibətinin getdikcə pisləşməsi erməni analitikləri ciddi qorxutmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Serj Sarkisyanın son günlərdə Rusiyanın Azərbaycana silah satmasını tənqid etməsi xüsusilə bu qoxunu gücləndirib. Erməni şərhçilər bunu Moskvanın Ermənistanı yavaş-yavaş münaqişəyə cəlb etməsi kimi dəyərləndirirlər.

“Rusiyanın Azərbaycana silah satması Moskvanın Ermənistanı münaqişəyə çəkməsi üçün üsullardan biridir. Çox sayda başqa üsullar da var – qazın qiyməti qaldırılıb, Qərblə və İranla iri ticarət əməliyyatları qadağan edilib və s.”,- deyə tanınmış erməni şərhçi Naira Hayrumyan bildirir.

Hazırda Ermənistanda 10 mindən çox Rusiya hərbçisinin olduğunu vurğulayan şərhçinin sonrakı sözlərindən belə anlaşılır ki, Moskvanın əsas məqsədi bu Cənubi Qafqaz ölkəsini tam işğal etməkdir. Rusiya Ermənistanı tanınmamış Abxaziya ilə eyni səviyyəyə salmaq istəyir. Belə olan halda, artıq Ermənistan Avrasiya İttifaqının üzvü deyil, Rusiya Federasiyasının subyekti olacaq.

Tarixdə də bunun analoqları var. Məsələn, 2012-ci ildə Puerto-Rikoda keçirilən referendum nəticəsində ispandilli bu ölkə 51-ci ştat kimi ABŞ-a birləşdirildi. 1898-ci ildən ABŞ hərbçilərinin nəzarətinə keçmiş Puerto- Riko 1960-cı illərdə müstəqilliyə can atsa da heç cür ABŞ asılılığından xilas ola bilmədi. Çünki əhali kütləvi şəkildə əmək miqrantı kimi ABŞ-a yollandı, təkcə Nyu-Yorkda 1 milyona yaxın Puerto-Riko sakini işləyirdi.

İndi ermənilər də eyni yolu gedir və Rusiyada 1,5 milyona yaxın Ermənistan vətəndaşı yaşayır. Yəni Rusiyanın eyni ssenari ilə Ermənistanı birləşmiş əraziyə çevirməsi elə də uzaq deyil.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın