Bazar , Sentyabr 22 2019
Ana səhifə / Aktual / İqbal Məmmədov Qulu İbrahimliyə pul ödəməklə özünü çıxılmaz duruma salıb…

İqbal Məmmədov Qulu İbrahimliyə pul ödəməklə özünü çıxılmaz duruma salıb…

Dünən sosial şəbəkədə paylaşılan bir şəkil hamının heyrətinə səbəb oldu. Söhbət tanınmış iqtisadçı Qulu İbrahimli ilə adı “Relax” istirahət mərkəzində baş verən hadisədə hallanan, oğlu ilə yaxın bir neçə qohumu həbs edilən millət vəkili İqbal Məmmədovun bir-biri ilə əl sıxıb görüşməsini əks etdirən fotonu ictimailəşdirmələrindən gedir. İnsanların bu mənzərə ilə bağlı təəccüblənməsinin tam əsası olub. Çnki uzun müddətdir ki, Qulu İbrahimli sosial şəbəkələr üzərindən İqbal Məmmədovun ona külli miqdarda borcunun olduğunu yazırdı, hətta millət vəkilinin ünvanına ən sərt ifadələri belə işlədirdi. Həmin qalmaqalın fonunda İqbal Məmmədov bir neçə dəfə Qulu İbrahimlidən polis və prokurorluğa şikayət edib. Həmin şikayətlərdə o, bildirirdi ki, iqtisadçıya heç bir borcu yoxdu, sadəcə Qulu İbrahimli ondan şantajla pul qoparmaq istəyir. Maraqldır ki, Qulu İbrahimli məhz İqbal Məmmədovun təşəbbüsü ilə baş tutan görüşdən sonra paylaşdığı postda millət vəkilinin ona borcunun bir hissəsini qaytardığını bildirib. Həmin paylaşımı olduğu kimi təqdim edirik:

“İqbal Məmmədovla görüşə və aramızdakı ədavəti ən azı bir müddət dondurmaqla, əl sıxışmağa vadar edən və sırf mənəvi dəyərlərə söykənən hisslərimi yazı ilə ətraflı izah etməkdə çətinlik çəkirəm. Ona görə, görüşümüz barədə izahlı açıqlamam gecikir.

Hələlik qısa deyim ki, mən İqbal Məmmədovun özü ilə savaşırdım. İndi həbsdə olan övladı, yaxın qohumları olan gənclərlə deyil, gözü yaşlı valideynlər, övladlar, nənənələr, analar, bacılar, qardaşlar ilə deyil. İstəmədim bu çətin anlarında məni özlərinə düşmən bilsinlər.

Kişi gərək özünün etdiyi mübarizə qəhramanlığının nəticəsi ilə öyünə. Başqalarının hərəkətini özünə aid etmək düzgün deyil. Mən ətrafındakı yüksək ranqlı dostları, sərvəti və deputat statusu ilə gur-guruldayan İqbal Məmmədovla indiyədək savaşmışam (əslində o, özü mənimlə savaşıb). İndi çətin vəziyyətdə olan İqbal Məmmədovla savaşı davam etdirməyim yıxılana bir balta da mənim vurmağım olar və özümə bunu sığışdırmıram. Onun başındakı problemlər həll olar, övladı həbsdən çıxar, sonra baxaram məsələyə.

İndi mən İqbal Məmmədovdan nəinki öz borcumu, hətta ondan dəfələrlə artığını almaq imkanım var. Amma indiki durumunda mən öz borcumu da güzəştə gedəcəyimi dedim. Sadəcə, o borc məbləğini dəqiqləşdirmək və bunun mübahisəsini aradan qaldırmaq vacib idi. Çünki, hədiyyə edilə və ya itirilə bilən pulumun məbləğini bilməsi mənim haqqımdır. İqbal Məmmədov zorla kiçik bir məbləğ almağa razı saldı məni və heç olmasa o zaman çəkdiyim əmək haqqı, türklərin Bakıda qonaqlama xərclərin əvəzi çıxdı”.

Qulu İbrahimli İqbal Məmmədovun ona nə qədər pul verdiyini konkret yazmayıb. Ancaq burada paradoksal bir vəziyyət yaranır. Belə çıxır ki, millət vəkili indiyə qədər etdiyi şikayətlərdə hüquq-mühafizə orqanlarına yalan ifadələr verib? Çünki fakitiki olaraq o, Qulu İbrahimliyə pul ödəməklə iqtisadçıya borcunun olduğunu etiraf etmiş olub. Məsələnin başqa bir aspekti də var. Belə çıxır ki, İqbal Məmmədovun başına “Relax” hadisəsi gəlməsəydi o, borclu olduğu adamın hüquqlarını taplamaqda davam edəcəydi? Məhz bu hadisəyə obyektiv yanaşma kifayət edir ki, İqbal Məmmədovun hansı kriteriyalarla fəaliyyət göstərən deputat olması ilə bağlı aydın təsəvvür yaransın. Ümid edirik ki, baş verən bu hadisədən sonra İqbal Məmmədovun şikayət etdiyi qurumlar ondan təkrar izahat alacaq. Çünki faktiki olaraq İqbal Məmmədovun hüquq- mühafizə orqanlarına həqiqətə uyğun olmayan məzmunda şikayətlər etdiyi tam təsdiqini tapır ki, bu da cinayət məsuliyyəti yaradır.

Vidadi ORDAHALLI,

Azinforum.az

Həmçinin oxuyun

“Uşaqpulu verilməlidir, Prezidentə yalan məlumat verməyin”

Milli Məclisin sabiq YAP-çı deputatı Gülər Əhmədova uşaqpulunun verilməsi ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.  …