Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İQBAL AĞAZADƏ MANDATINI ARAZ ƏLİZADƏYƏ TƏHVİL VERƏCƏK  – 4 ƏSAS SƏBƏB

İQBAL AĞAZADƏ MANDATINI ARAZ ƏLİZADƏYƏ TƏHVİL VERƏCƏK  – 4 ƏSAS SƏBƏB

Azinforum.az xəbər verir ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputatlığa namizədliyini irəli sürür. Bu barədə  məlumat verən A. Əlizadə qeyd edib ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olacaq.  Qeyd edək ki, Araz Əlizadənin namizədliyini məhz həmin dairədən irəli sürməsi təsadüfi sayılmır. Araz Əlizadənin üz tutduğu dairəni hazırda millət vəkili kimi İqbal Ağazadə təmsil edir. Hakim Yeni Azərbaycan Partiyasının  həmin dairədən o qədər də nüfuzlu adamı irəli sürməməsi əsas mübarizənin Araz Əlizadə ilə İqbal Ağazadə arasında gedəcəyinə şübhə yeri qoymur.  

Prosesləri yaxından izləyən şəxslərin verdiyi məlumata görə,  bu seçkidə İqbal Ağazadə mandatla vidalaşa bilər. Çünki hazırda hakimiyyət üçün dövrünü başa vuran İqbal Ağazadədənsə, Araz Əlizadənin deputat olması daha sərfəlidir. Bunu bir sıra faktorlarla izah edirlər:

Birincisi,  son illər ərzində Araz Əlizadənin radikallıqdan imtina edərək, hər zaman hakimiyyətin qulluğunda durmağa hazır olduğunu nümayiş  etdirməsi.

İkincisi, son prezident seçkilərində Araz Əlizadənin hakimiyyətin xeyrinə ən azı Hafiz Hacıyev qədər  fəallıq nümayiş etdirməsi

Üçüncüsü, Araz Əlizadənin rəhbəri olduğu partiyanın parlamentdə təmsil olması Azərbaycanın beynəlxalq əlaqələri üçün daha sərfəli ola bilər, nəinki “Ümid”in. Çünki dünyada sosial demokratların mövqeyi daha güclüdür. Bu da parlamentə imitasiya üçün yaxşı şərait yaradır.

Dördüncüsü isə, son zamanlar normallaşan Rusiya-Azərbaycan  münasibətləri fonunda rusiyapərəst Araz Əlizadənin deputat olması Şimala ünvanlanan yaxşı jest sayıla bilər.

AZİNFORUM.AZ

iqbal

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın