Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İqbal Ağazadə: “Mənim MTN-də yenə dostlarım var, amma  İlqar Əliyev heç vaxt dost  siyahımda  olmayıb”

İqbal Ağazadə: “Mənim MTN-də yenə dostlarım var, amma  İlqar Əliyev heç vaxt dost  siyahımda  olmayıb”

“MTN-in intihar edən zabiti İlqar Əliyev məndən aşağı kursda oxuyurdu”

“Ümid” Partiyasının sədri: “Mən kiminsə cibini yoxlamıram ki, kimin cibində nəyi var. Mənim cibimi də yoxlamağa çalışmasınlar”.
Azinforum.az pia.az-a istinadən  tanınmış jurnalist Eldəniz Elgünün yeni layihəsi olan, “Elgünün süzgəci” ni  təqdim edir.
Layihənin ilk qonağı Ümid Partiyasının sədri İqbal Ağazadədir. Ümid Partiyasının sədri ilə müsahibənin birinci hissəsini oxuğlarımızın diqqətinə cəlb edirik.
– İqbal Ağazadə həmişə sona qədər mübarizə aparmağı sevən adam idi, amma son parlament seçkilərində bir neçə bəyanatdan sonra İqbal Ağazadə Araz Əlizadənin qarşısında geri çəkildi. Yəni biz İqbal Ağazadəyə xas olmayan bir xarakter gördük. Bilmək istəyirik bu xarakter haradan çıxdı?
– Əsla! Geri çəkilmədik. Hüquq müstəvisində bütün stansiyaları keçdik. Mərkəzi Seçki Komissiyasında, Ali Məhkəmədə, Apellyasiya Məhkəməsində şikayətimiz araşdırıldı və sənədlərimizi Avropa Məhkəməsinə göndərdik. Bizim edə biləcəyimiz bu qədər idi.
– Amma etdiyiniz bu işləri ictimailləşdirmədiniz. Niyə?
– Xeyir, çox ictimailləşdirdik. Hətta əlimizdə olan bütün protokolları belə bir-bir mətbuatda çap etdik. Nəticələri hamıya göstərdik. Yəqin ki, xatırlayırsınız Mərkəzi Seçki Komissiyası bizim dairə ilə bağlı uzun müddət tərəddüd etdi. Çünki nəticələri istədikləri səviyyəyə sala bilmirdilər. Adətən seçki proseduru belə olur. Məntəqələrdə və dairələrdə seçki protokolları istədiyi səviyyədə yazılır və Mərkəzi Seçki Komissiyası üçün bir problem qalmır. Burada isə əksinə baş verdi. Dairə və məntəqə seçki komossiyaları bütün protokolların hamısın mənim leyhimə verdi. Böyük səs çoxluğu ilə qalib gəldiyimi bildirdi və Mərkəzi Seçki Komissiyası sadəcə olaraq özünən rəqəmlər yazdı. Sizə o protokolların hamısın göstərəcəm.

İqbal Ağazadə: “Bizim vəzifəmiz sadəcə olaraq təşkilatlanaraq baş verən hadisələri məcarasından çıxamaq olmamalıdır”.

– Niyə birdən-birə belə etdilər? Tərəddüdə səbəb nə idi?
– Əvvəla onu qeyd edim ki, mən heç zaman hakimiyyətə doğma deyildim.
– Amma Araz Əlizadə də hakimiyyətə doğma deyildi.
– Araz Əlizadənin doğmalığın deyə bilmərəm. Amma mən hər zaman eyni mövqedə olmuşam. 15 il parlamentdə olduğum müddətdə bütün dönəmlərdə eyni mövqedə çıxış etmişəm. Hələ indiyə qədər tərddüd edən, fərqli mövqedən çıxış edən, bir dönəmdə bu cür ikinci dönəmdə fərqli şəkildə çıxış edən İqbal Ağazadə görmədiniz. Hər zaman eyni mövqedən çıxış etdim. Bu gün parlamentdə deyiləm, amma yenə də işlərimi barış-dialoq üzərində qururam. Çünki müstəqil dövlətimizin nə olduğunu və mahiyyət etibarı ilə də hansı təhlükələrin olduğunu çox yaxşı bilirəm. Mənim üçün müstəqil dövlətin dəyəri, müstəqil dövlətin qiyməti, təkcə fərdlərin siyasi uğurundan yaxud da siyasi uğursuzluğundan ibarət deyil. Bütövlükdə millət, xalq üçün nə ola bilər, o da mənim üçün önəmlidir.
Bəzən biz iddia edirik ki, hər şey insan üçündür. Təbii ki, hər şey insan üçündür. Dövlət də, onun sərhədləri də, dövlət adına qazanılan pullar da, bir sözlə, hər şey xalq üçündür. Amma burada bir məsələ var. Gərək xalqın dövləti ola ki, o pullar xalqın həm mənəvi, doğal azadlıqları üçün gercək xidmət göstərə bilsin, həm də insanlar özlərini daha sərbəst hiss edə bilsinlər. Biz sovet hökumətinin də tərkibində də insan idik, amma müstəqil dövlətimiz yox idi. Bu gün Güneydə 30 milyondan yuxarı azərbaycan türkləri insandı, amma dövlətləri yoxdur. O insanlar dövlətləri üçün mübarizə aparırlar. Bunun üçün mən bu dövlətin bizə nələrə başa gəldiyinin fərqində olmuşam. Buna görə də həmişə barış və dialoq ətrafında çıxış etmişəm. Amma bu heç də insanların, həmçinin özümüm hüquqlarımdan keçmək anlamına gəlmir. Parlament seçkilərində qalibiyyət mənim haqqım idi və mən o haqqı əldə etmişdim. O haqqı mənə seçicilərim vermişdi. Sona qədər də bu istiqamətdə mübarizə apardıq.

“İqbal Ağazadə: “Mən heç zaman hakimiyyətə doğma adam deyildim”.

– Cəmiyyətdə belə fikirlər var ki,  İqbal Ağazadə ona görə seçilmədi ki, onun keçmiş MTN əməkdaşları ilə sıx dostluq münasibəti var idi. Bu söhbətin sizin millət vəkili seçilməməyinizə nə qədər təsiri oldu? Hətta bir ara YAP-dan da kimlərsə üstüörtülü şəkildə səsləndirdilər. Bu nə qədər əsaslı fikirdi?
– Mən həmişə cəmiyyətdə bütün siyasi və iqtidar nümayəndələri ilə bərabər məsafədə dayanmışam. Yəni heç kimdən fərqli məsafədə dayanmamışam. O qədər fərqli məsafədə dayanmış olsaydım dediklərinizdə həqiqət olardı. Hətta ayrı şeyləri də iddia etmək olardı. Məsələn Milli Təhlükəsizlik Nazirliyi yaxud da başqa nazirlik əməkdaşları ilə dostluq və s. Mən həmişə demişəm ki, bütün Azərbaycan vətəndaşlarını özümə dost bilirəm. Amma heç bir nazir və yaxud da heç bir hakimiyyət yetkilisi ilə yemək yeyib çay içəcək qədər dostluğum olmayıb. Sadəcə hamisi ilə insani münasibətim olub.
– Amma deyəsən intihar edən MTN polkovniki İlqar Əliyevlə tələbə yoldaşı olmusunuz…
– Xeyir, mən İlqar Əliyevlə tələbə yoldaşı olmamışam. O məndən aşağı kursda oxuyub .
– Ümumiyyətlə şəxsi tanışlığınız olub?
– Mən Şərqşünaslıq fakultəsində oxuyan hər kəsi tanımışam. Amma fakultədən tanıdığım adamın sonrakı dönəmdə harda işləməsi mənim üçün maraqlı deyil.
– Xeyir, söhbət maraqlı olmasından getmir. Bizə maraqlıdır ki, intihar xəbəri yayılanda verilən şəkil İlqar Əliyevin öz şəkli idi? Əgər İlqar Əliyevi görmüşdünüzsə…
– Mən bilmədim siz hansı şəkili deyirsiniz.

İqbal Ağazadə: “Dostlarımın siyahısında heç vaxt İlqar Əliyev olmayıb”.

– Bir dəfə sizdən müsahibə götürəndə demişdiniz ki, MTN-də işləyən dostlarınız var. Amma bu dostluğun sizin işlərinizə heç bir aydiyyatı yoxdur. O dostluqlar bu gün də davam edir?
– Bəli, dostluğumuz bu gün də davam edir. Amma o dostlarımın siyahısında heç vaxt İlqar Əliyev olmayıb.
– Bir daha soruşmaq istəyirik ki, o adamlarla olan dostluqlarınız görə proseslər bu çür inkişaf etmədi ki?
– Xeyir, heç vaxt. O adamlar orta səviyyəli dövlət məmuru olublar. Onlar nə nazir, nə nazir müavini, nə də idarə rəisləri olmayıblar. Sadəcə tələbə yoldaşlarımız olub. Bu gün də bir neçə ölkənin səfiri mənim tələbə yoldaşımdır. Amma adların çəkmək istəmirəm. Niyə bu dostlarıma görə mənə mandat vermirlər, bir başqalarıan görə guya mənim mandatımı alırlar? Bu absurt bir şeydir.
– Amma qeyd edək ki, cəmiyyətdə yayılan bu xəbərlər çox ajantaj yaratdı. Konkret olaraq bu cür fikirlərin yayılmasının səbəbi nə idi?
– Adətən belə olur. İnsanlar həmişə sual axtarır. Məsələn deyirlər ki, niyə İqbal Ağazadə 3 dəfə parlamentə seçildi, niyə İqbal Ağazadə həbsdən çıxıb deputat seçildi, niyə İqbal Ağazadə 2010-cu ildə müxalifətdən tək adam kimi olaraq seçildi və hətta ABŞ Dövlət Departamenti dedi ki, parlamentdə müxalifəti tək təmsil edən İqbal Ağazadədir. Yaxud da deyirlər ki, hakimiyyəti bu qədər tənqid etməsinə baxmayaraq niyə ona toxunmurlar? Bilirsiniz ki, parlamentdə mənim sərt və sanballı çıxışlarım indi də müzakirə olunur. Belə sualların cavabların adətən insanlar sirrli yerlərdə axtarmağa başlayırlar. Və belə qənayətət gəlirlər ki, yəqin ki filankəsə bağlıdır. Beləliklə də qəribə bir məntiq yaranır. Hamı özünün daha ağıllı, daha informasiyalı göstərmək üçün əlində olmayan hadisələrdən yaxşı bir ssenari düzəldə bilir. Buna görə də düzəldilən ssenarilərin hamısın boş vermişəm və mənim fəaliyyətim göz önündə, açıq olub.

İqbal Ağazadə: “Biz sovet hökumətinin tərkibində də insan idik”.

– Parlamentdə təmsil olunanda dövlət tərəfindən partiyaya pul ayrılırdı. Bu gün parlamentdə təmsil olunmursunuz. Bəs bu gün partiya nə ilə dolanır?
– Partiya hər zaman ictimai əsaslarla işləyir. Bu gün də ictiami əsaslarla işləyirik. Bəzi texniki məsələlər var ki, onları da dostlarımız, üzvülük haqqı verən partiya üzvlərimiz vəs həll edir. Bizim partiyanın elə də böyük xərci yoxdur.
– Deyirlər İqbal bəyin Türkiyədə yaxşı tekstil biznesi var. Bu nə qədər realdır?
– Mənim harada nəyim var, mənimdir. Mən kiminsə cibini yoxlamıram ki, kimin cibində nəyi var. Mənim cibimi də yoxlamağa çalışmasınlar.
– Bizim üçün sizin cibiniz maraqlıdır. Ən azından partiya sədri olduğunuz üçün…
-Nə vaxt gəlir dekarasiyası haqqında qanun gəlir qüvvəyə minərsə və hər bir ictimai-siyasi xadimdən maliyyə hesabatı istənilərsə, mən də təqdim edərəm. Bu zaman gəlirimə cəmiyyət də, jurnalistlər də baxar. Amma mən heç kimin cibini hesablamadığım kimi, lütfən heç kəs də, mənim cibimi hesablamağa çalışmasın.
-Ölkəmizdə gəlir dekarasiyasının elan olunmasına münasibətiniz necədir?
– Mən çox istərdim ki, hər kəs gəlir dekarasiyasını elan etsin.
– İqbal bəy, sizdə psixoloji dəyişiklik hiss etdim. Çünki illər boyu sizin kabinetinizdə, başınızın üstündə bir devz var idi – “Mənim haqqımda nə düşünürsənsə, Allah onu sənə iki qat versin… ”. Bu devizi başınızın üstündən niyə çıxarmısınız?
– Dostlarımızdan biri dedi ki, o devizi çıxardın. Çünki o deviz alqışdan daha çox qarğışa oxşayırdı. Buna görə də dostumu qırmadım. Dostumun özü çıxartdı mən də onun seçimi ilə razılaşdım.

İqbal Ağazadə: “Azərbaycanın gələcəyin siyasətlə məşğul olan insanlar müəyyən edəcək”.

– Arxa belə boş olanda adam özün tək hiss etmir ki?
– Arxamız boş deyil. Arxamızda Azərbaycan xalqı var. İnanıram ki, o xalq sona qədər də arxamızda dayanacaq. Həmçinin arxamızda partiyamız da var.
– Belə bir fikir formalaşır ki, artıq Azərbaycanda siyasətlə məşğul olmaq imkanları məhduddur və siyasi institutlar demək olar ki yoxdur. Siz bu barədə necə fikirləşirsiniz?
– Mən belə fikirləşmirəm. Siyasət bu gün də var, sabah da olacaq. Azərbaycanın gələcəyin də siyasətlə məşğul olan insanlar müəyyən edəcək. Əgər diqqət etsək keçən dövrlərə siyasi institutların rolu nə qədər zəifləmişdirsə, indi siyasi institutlar fərli bir müstəviyə çıxıb. Əslində illər uzunu siyasi institutların danışdığı, insanların inanmağa çalışdığı məsələlərə artıq vətəndaş özü inanir və deyir ki, doğrudan da belədir. Siyasi institutlar bircə bunu təşkilatlandırmaq qalır. Ola bilsin ki, təşkilatlanma ağır və çətin gedir. Amma iqtidar da, Qərb də bilir ki, siyasi institutlarsız mümkün deyil.
Kataklizm istəməyən ölkələr heç zaman siyasi institutları siyahıdan çıxarmazlar. Siyasi institutlar sıradan cıxanda Yaxın Şərqdə baş verən hadisələr baş verir. Nə qədər siyasi institut ortadadır, orada dialoq, barış, masa arxasında oturub razılaşmalar var. Biz də istəyirik ki, Azərbaycan kataklizmlər, ağır dönəmlər yaşamasın. Azərbaycanda nə baş verirsə, vətəndaş sülhü, barışı ilə olsun və insanlar bir-birinə qarşı aqressiv münasibət sərgiləməsin. Yeri gəlmişkən onu da qeyd edim ki, bu günlərdə blogger Orduxan Teymurxanın bacıları onun mühacirətdə olan fəaliyyətinə görə Suraxanı rayonu polis idarəsinə aparmışdır.
Əvvəla bu hüquqa və insanlığa rəzalətdir, həqarətdir. İnsanın bacısını polis idarəsinə apararlar? Bu tip yanaşmalarla əslində bir qisim cəmiyyəti qorxutmaq istəyirlərsə, digər qisim də cəmiyyətin qisasçı rolun, qisasçı ruhunda tərbiyə etmək istəyir. Biz əslində siyasi institut olaraq ona görə mövcuduq ki, bunlar olmasın. Kimsə kimisə qohumundan, kimsə kiminsə qadınından qisas almağa qalxmasın. Əgər bu gün bunu edənlər varsa, düşünsün ki, bir president yaradıllar. Bu presidentin icərisində sabah onlar da əziyyət çəkə bilər. Sabah onlar da vəzifədən gedə bilər. Heç hakimiyyət dəyişməsə belə hakimiyyət içərisindən nə qədər adamlar var ki, nazir kürsüsün həbsxana kürsüsünə dəyişib. Bu cür tipli yanaşmalarla hara qədər getmək olar. Bütün bunların hamısı üçün ortada siyasi institutlar və siyasi institutların mövqeyi olmalıdır.

İqbal Ağazadə: “Bizim özümüzdən razı olmaq imkanlarımız o zaman olacaq ki, yerimizi müxalifətdən hakimiyyətə dəyişək”.

 
-Siz indiki şəraitdə Azərbaycandakı siyasi durumun, siyasi istitutların varlığın hiss edirsiniz? Yəni belə də deyə bilərik ki, Azərbaycanda hələ ki, xalq inqilab istəmir, amma bəzi məmurlar inqilabı yetişdirilər. Bu da mürəkkəb bir vəziyyətə gətirib çıxardıb. Partiyaların bu məsələyə təsir imkanları demək olar ki, sıfır vəziyyətdədir. Bu barədə nə deyə bilərsiniz? Bu vəziyyətlə razısınız?
– Bizim razı özümüzdən olmaq imkanlarımız o zaman olacaq ki, yerimizi müxalifətdən hakimiyyətə dəyişək. Bu zaman biz deyəcəyik ki, biz bir yerlərə gedib çatmışıq. Biz bu gün müxalifətdə yer üçün vuruşmuruq ki, deyək müxalifətdəki yerimiz əladır. Biz hakimiyyət uğrunda mübarizə aparırıq və hakimiyyətə gələnə qədər də bu mübarizəmiz davam edəcək.
Siyasi institutların proseslərə təsir etmə imkanlarına gəlincə isə onu deyə bilərəm ki, bunun fundamental səbəbləri var. Fundamental səbəblər içərisində hakimiyyətin də böyük günahlarının axtarmaq lazımdır. Təkcə müxalifətin bacarıqsızlığını göstərmək lazım deyil. Bu qədər represiv siyasətin içərisində Azərbaycan seçicisinin proseslərə münasibəti təbii ki, fərqli olmalı idi. Amma mən yazılarımın birində akademik Ramiz Mehtiyevin “Azərbaycanda müxalifət yoxdur və ya olduqca zəifdir” adlı tezisinə sual vermişdim ki, siz heç diqqət etmisinizmi ki, hansı ölkələrdə müxalifət yoxdur və ya zəifdir? Müxalifət yoxdur Şaimali Koreyada, Rusiyada, Orta Asiya ölkələrində. Yəni demokratiyaya yaxın olmayan ya da demokratiyadan heç xəbər olmayan ölkələrdə müxalifət yoxdur.
– Yəni siz hesab edirisiniz ki, Rusiyada demokratiya, müxalifət yoxdur, amma Azərbaycanda var?
– Mən fikrimi tamamlayım, sonra cavab verəcəm bu suala. Bu iqtidarın istədiyi mənzərə idi. Amma bu mənzənin daha qorxunc nəticələrə gətirib çıxaracağını dərk etmirdilər. Yəqin ki zaman-zaman bunu da qəbul edəcəklər ki, müxalifətin olmaması çox qorxulu tendensiyalara gətirib çıxaracaq. Amma müxalifətçilik bu gün Azərbaycan vətəndaşlarının içindədir. Özü də bunu məmur yaratmır, üumumi siyasət yaradır. Son iki ildə təxminən manat 122% devalvasiyaya uğrayıb. Manatın bu qədər devalvasiyaya uğraması onun göstəricisidir ki, qiymətlər ən azı 150-160% qalxıb. Bunu artıq deyə bilmərik ki, filan məmur etdi. Bu hakimiyyətin siyasətinin nəticəsidir.

İqbal Ağazadə: “Artıq idarəçilikdə ciddi problemlər yaranıb”.

Bu da inqilab yetişdirmək məsələsindən daha çox idarəçilikdəki problemlərdən irəli gəlir. Yəni artıq idarəçilikdə ciddi problemlər yaranıb. İdarəçilikdə yaranan bu ciddi problemlər neft siyasətinə əsaslanan bütövlükdə bir xətt iflasa uğrayıb. Ölkə tək sektorlu inkişafın üzərindən faciə ilə üzləşib. Mən bunu indi yox 2008-2009-cu illərdə, yəni neftin ən yaxşı qiymətinin olduğu vaxtlarda parlament kürsüsündən deyirdim ki, bu faciyəyə gətirib çıxaracaq. Bunun axırı yoxdur, çünki bunu görürdük və dünyada da görümüşdük. İndi bizim vəzifəmiz sadəcə olaraq təşkilatlanaraq baş verən hadisələri məcarasından çıxamaq olmamalıdır. Təkcə hakimiyyət məsələsindən söhbət getmir ki, müxalifət vəziyyətdən istifadə edərək hakimiyyətə gəlsin. Burada dövlətin özünün təhdid olunma imkanları genişdi.
Son günlərdə Lerik sakininin Ermənistandan siyasi sığınacaq alması Azərbaycanda insan haqlarının yaxud da sosial vəziyyətin ağır olmasına dəlalət etmirdi. Sadəcə Ermənsitandan gəlib Azərbaycanda jurnalistika yaxud da vətəndaş cəmiyyətinin nümayəndələri kimi Ermənistan hakimiyyətinin siyasətinə etiraz edənlərə Rusiyanın dəstəyi ilə Erməsnitana bir cavab idi. Yeri gəlmişkən Sülh Platforması haqqında da danışmaq istəyirəm. Əvvəla əgər bu ümumi Ermənistan-Azərbaycan fonunda tərəflərin gəlidiyi razılıq və tərəflərin hər ikisinin apardığı ümumi siyasət çərcivəsində olsaydi hamımız onun yanında dayanardıq və deyərdik ki, proses uğurludur.
Lakin birtərəfli qaydada Azərbaycanın bu siyasəti aparmasının ən böyük faciəsi olacaq. Mən bunu deyirəm və hakimiyyət nümayəndələri bunu qəbul edib bu prosesi durdurmalıdırlar. Bir gün o Bakıda olan ermənilərdən biri Rusiya xüsusi xidmət orqanımı, İranınmı, Ermənsitanınmı yadu da içində ağrısı-acısı olan biri öldürsə demirəm küçədə döysə, bu indiki Sülh Platformasından 3 dəfə bizə baha-başa gələcək. Bu da bizim tollerant olmadığımızı, bizim bir yerdə yaşamaq imkanlarımızın olduqca məhdud olduğunu bir daha nümayiş etdirəcək. Biz bütün bunların hamısın indidən nəzərə almalıyıq. (ardı var)
Eldəniz ELGÜN
Nərminə UMUDLU

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın