Şənbə , İyul 20 2019
Ana səhifə / Aktual / İqbal Ağazadə Kamal Abdullaya səsləndi – “Sizə haqqımı halal etmirəm”

İqbal Ağazadə Kamal Abdullaya səsləndi – “Sizə haqqımı halal etmirəm”

“Ümid” partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya müraciət edib.

AzNews.az xəbər verir ki, partiya sədri müraciətində bir müddət öncə Kamal Abdullanın əmri ilə universitetdən qovulan filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin haqqının bərpa olunmasını tələb edib:

“Hörmətli Kamal Abdulla. Mən həmişə sizə hörmət və ehtiramla yanaşmışam. Bu gün də sizə bir daha öz hörmətlərimi ifadə edirəm. Amma… Mən uzun müddətdir rektoru olduğunuz universitetin müəlliməsinin sizə qarşı ittihamlar və iddialarla çıxış etdiyinin şahidiyəm. “Kim haqlıdır?” sualına cavab verməkdə çətinlik çəkirəm. İnanıram ki, mənim kimi sizi tanıyan hər kəs bu vəziyyətə təəssüf edir. Siz haqlısınız, yoxsa Vüsalə xanım? Nədən ictimaiyyət, jurnalistlər qarşısında açıq bir dialoq təşkil etmirsiniz? Nədən o gənc xanımın səsini eşitmirsiniz? Ya o gənc alimin haqqını verin, ya da haqlı olduğunuzu cəmiyyətə sübut edin. Yoxsa bir oxucu kimi sizə haqqımı halal etmirəm”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylini sözü gedən təhsil müəssisəsinin rektoru Kamal Abdulla arasında problem yaşanıb. Bütün olanlardan sonra Kamal Abdulla gənc alimi tutduğu vəzifəsindən uzaqlaşdırıb.

Həmçinin oxuyun

Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilmişdir

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 144  illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi …