Ana səhifə / Aktual / “İntravel”dan Antalyaya bilet alan ailənin başına iş gəldi

“İntravel”dan Antalyaya bilet alan ailənin başına iş gəldi

““İntravel AZ” şirkətindən Antalyaya səyahət etmək üçün ailəmlə bərabər bilet almışdıq. Bu gün Antalyaya uçmalı idik. Hava limanında məlum oldu ki, nə bilet, nə otel var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Leyla Məmmədli adlı müştəri sosial şəbəkədə paylaşıb. O qeyd edib ki, şirkətdən tam ödəniş edib möhürü və imzası olan sənəd alıb: “Mənim kimi 20-dən çox ailə də bu şirkətin dələduzluğundan əziyyət çəkir. Belə yalançı travel şirkətləri bağlanmalıdır. Biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”.

“Qafqazinfo” məsələ ilə bağlı şirkətin meneceri Zahir Məmmədovla əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu vuğulayıb. Bildirib ki, şirkətin satış müdiri Nərgiz Məmmədova müştərilərin pulunu ofisdən kənar yerlərdə alaraq mənimsəyib: “Nərgiz Məmmədova iki ay idi ki, xəstə olduğunu bildirərək işə çıxmırdı. Bu müddət ərzində müştərilərlə əlaqəsi olub və onların pulunu ofisdən kənar vəziyyətdə mənimsəyib. Həmçinin bəzi müştərilərə saxta sənəd də hazırlayıb. Bu məsələdən rəhbərliyin xəbəri olmayıb. Hazırda Nəsimi rayon Polis İdarəsində məsələ ilə bağlı istintaq gedir. Bilirik ki, hazırda öz səhhətinə xəsarət yetirib. Xəstəxanada müalicə olunur. O, 3 ildir ki, şirkətin satış müdiri vəzifəsində çalışıb”.

Müştərilərin pulunun qaytarılması məsələsinə gəlincə, Zahir Məmmədov bildirib ki, bu, məhkəmənin gedişatından asılı olacaq.

Günel Türksoy

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …