Çərşənbə , İyun 29 2022
Ana səhifə / Aktual / İntizam Komissiyasının sədri Rafael Cəbrayılovun hərəkətlərini PİSLƏDİ

İntizam Komissiyasının sədri Rafael Cəbrayılovun hərəkətlərini PİSLƏDİ

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirib. 


Deputat A.Abıyev Demokrat.az-a açıqlamasında deyib ki, hazırda deputatlar məzuniyyətdədirlər:


“Hazırda məzuniyyətdəyik, 1 həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək”.

Image result for Rafael Cəbrayılov


Ağacan Abıyev Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasının səhv addım olduğunu söyləyib:


“Əgər Rafael Cəbrayılov belə bir hərək edibsə, bu çox səhv addımdır. Girov qoymaq üçün başqa sənədlər var. Şəxsiyyət vəsiqəsi, pasportu girov qoya bilərsən, amma deputat vəsiqəsini girov qoymaq olmaz”.

Həmçinin oxuyun

Özünü binadan atdığı deyilən ginekoloqun qardaşı açıqladı: “Əlimdə videofakt var ki…”

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur.  Məlumata görə, ginekoloq özünü …