Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İntihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti ağırdır – TƏBİB- dən açıqlama

İntihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti ağırdır – TƏBİB- dən açıqlama

Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən  9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …