Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Aktual / İnternet TV-lərə lisenziya almaq məcburi xarakter daşımayacaq, sayt və qəzetlərin qeydiyyatı…

İnternet TV-lərə lisenziya almaq məcburi xarakter daşımayacaq, sayt və qəzetlərin qeydiyyatı…

Azərbaycanda internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımayacaq.

Bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.

Qeyd edilib ki, lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər/Report.

Bundan əlavə, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacaq.

“Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır”, – layihədə bildirilib.

Həmçinin oxuyun

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı – Rəsmi açıqlama

Sosial şəbəkələrdə valideynin uşaq bağçasında tərbiyəçini döyməsi ilə bağlı videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi də …