Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / İnsultla bağlı müraciətlər artdı, təcili yardıma nevroloji briqada əlavə olundu

İnsultla bağlı müraciətlər artdı, təcili yardıma nevroloji briqada əlavə olundu

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında pediatrik briqadalar fəaliyyət göstərməyə başlayıb. Buna görə də, ötən il həkim yanında uşaq ölümü qeydə alınmayıb. Virtualaz.org xəbər verir ki, bunu bu gün keçirilən tədbirdə stansiyanın baş həkim müavini İradə Əliyeva deyib.

İ.Əliyevanın sözlərinə görə, stansiyaya ötən il 693 mindən çox müraciət daxil olub. Bu isə 2016-cı ilin göstəricisindən 12 min çoxdur. Müraciət edənlərin 63300-ü xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışlar isə 82 min olub, 12500 uşaq xəstəxanaya yerləşdirilib. “Müraciətlərin 150 mindən çoxu ürək-damar xəstəlikləri ilə bağlı olub. Ölümqabağı vəziyyətdə olan, yəni nəfəsi dayanan 2 min nəfər həyata qaytarılıb. Belə xəstələrin 5 dəqiqə ərzində reanimasion tədbir görülməsə ölə bilərdi”, – Əliyeva əlavə edib.

Stansiyanın baş həkimi Rauf Nağıyev isə bildirib ki, ötən illərin statistikası təhlil olunub. Məlum olub ki, infaktla bağlı müraciətlər azalıb: “Əvvəllər gün ərzində infarktla bağlı təxminən 10 müraciət daxil olurdu. İndi gün ərzində cəmi 2-3 müraciət daxil olur”.

Ötən illərə nisbətən isinsultla bağlı müraciətlər artıb. Buna görə də, nevroloji briqadalar bərpa olunub. Ötən il kliniki ölüm keçirən 32 nəfərin həyatını xilas etmək mümkün olub. Baş həkimin müavini əlavə edib ki, bədbəxt hadisələr zamanı xəsarətlərlə bağlı müraciətlər çoxalıb. “Bədbəxt hadisələrlə bağlı edilən 2489563 çağırışın 2363-ü yol qəzaları ilə bağlı olub. Yol qəzaları nəticəsində ölüm halları azalıb”.

Baş həkim R.Nağıyev deyib ki, təcili yardım həkimlərinin qarşılaşdığı əsas problem ünvanın doğru deyilməməsidir. “Təcili yardım stansiyasına edilən çağırışlar çeşidlənir, əvvəlcə ağır xəstələr, yəni nəqliyyat qəzaları, infakt, elektrik vurması, qanaxmalar və digər həyatı üçün təhlükəsi olan xəstələrə yardım göndərilir. Bundan sonra ilkin yardıma ehtiyacı olan xəstələrə yardım göstərilir. Bəzən poliklinika əvəzinə təcili yardıma müraciət edilir. Vətəndaş ünvana kardioloq tələb edir, halbuki xəstənin vəziyyəti dəqiq bilməlidir. Onun istədiyi müayinələr poliklinikalarda aparılır”, – Nağıyev söyləyib. Baş həkiminin sözlərinə görə, təcili yardım həkimlərinin işinə çox müdaxilələr olunur. Həkimə fiziki zor tətbiq edilir, psixoloji təzyiq olunur. Nəticədə həkim funksiyasını yerinə yetirə bilmir.

“Mərkəzləşdirilmiş dispeçir xidməti yenidən qurulub. Stansiyanın 21 bölməsində, mərkəzi dispeçir xidmətində internet əlaqələr yaradılıb. Planşet vasitəsilə görüntü ilə bölmələr izlənilir. Yeni ATS-in quraşdırılmasından sonra bütün çağırışları qəbul etmək mümkün olub. İndi ağır xəstələrin məlumatını dərhal mütəxəssisə göndərmək və ondan konsultasiya almaq mümkündür”-baş həkim əlavə edib.

Həmçinin oxuyun

Şəhid şöbə müdirinin ailəsindən – Videoreportaj

“Dedim istəmirəm gedəsən, uşaqlarımız var. Dedi yox, gedirəm və qayıdacağam. Mən indi 3 övladın sayəsində …