Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / “İndiyə kimi doğulanlara hansı qayğı göstərilir ki, 10 milyonuncu uşağın doğulmasına sevinirik?”-Etiraz

“İndiyə kimi doğulanlara hansı qayğı göstərilir ki, 10 milyonuncu uşağın doğulmasına sevinirik?”-Etiraz

Bakı şəhərində ölkənin 10 milyonuncu sakininin doğulması uşaq pulu məsələsini yenidən gündəmə gətirdi.

Bu məsələ ilə bağlı sosial şəbəkədə bildirilir ki, Azərbaycan xalqı 10 milyona 10 il əvvəl də çata bilərdi. Lakin əvvəlcə Qarabağ müharibəsinin, daha sonra isə kütləvi şəkildə vərdiş etdiyimiz sosial problemlərin nəticəsində əhalimizin demoqrafik göstəriciləri mövcud vəziyyətə düşüb.

Uşaq pulunun bərpası üçün imzatoplama kampaniyasına başlayan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyev bizimyol.info-ya bildirib ki, müvafiq qurumlara müraciət edib: “İndiyə kimi doğulanlara hansı qayğı göstərilir ki, 10 milyonuncu uşağın doğulmasına sevinirik? Metroda bütün dayanacaqlarda bu haqda elan verilir, mobil opertaorlardan muştuluq mesajları göndərilir. Yaxşı olar ki, uşaq pulu bərpa olunsun, ölkədə uşaqlara qayğı göstərilsin, ondan sonra 10 milyonuncu uşağın doğulmasına sevinmək olar.

Əpoş Vəliyev

Yeni doğulan uşağa verilən birdəfəlik müavinət 109 manatdna 200 manata qaldırıldı. Amma xəstəxanada uşağın doğulması 500-1500 manata başa gəlir. 200 manat çox azdır. O pul uşağın heç bir aylıq bezinin pulu deyil”.

Ə.Vəliyev deyib ki, “Uşaq pulu bərpa olunsun!” adlı petisiya da yaradıb: “Hazırda orada 1267 imza toplanıb. Dövlətin ən qiymətli sərvəti uşaqlardır. Ölkəmizdə uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək məsuliyyətli, mənəvi qüvvə və böyük xərc tələb edən bir işdir. Artıq uzun illərdir ki, ölkəmizdə aylıq “uşaq pulu” – dövlət tərəfindən verilən müavinət ləğv edilib. Bu qərar həm uşaqların say artımına, həm də sağlam qidalanmağına mənfi təsir göstərib. Buna səbəb isə heç şübhəsiz ki, uşaqların qida, ləvazimat və geyimlərinin çox baha olması, uşaqlar üçün tibbi sığortanın yox dərəcəsində olması, bağçalara, məktəblərə qəbul qaydalarının şəffaf olmaması, uşaq poliklinikalarında uşaqların qəbulunun və davamlı müayinəsinin pulsuz aparılmamasıdır”.

Həmçinin oxuyun

Azərbaycan əhalisi ən çox ərzaqa pul xərcləyir – Statistika

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini …