Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İnam Kərimov daha iki direktoru işdən azad etdi

İnam Kərimov daha iki direktoru işdən azad etdi

Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları işdən azad ediliblər. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Kənd Təsərrüfatı Nazirliyindən faktı təsdiqləyiblər.  

Bir müddət əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad edilmişdi. Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb. Bundan başqa Etibar Muradlı Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunmuşdu.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …