Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / İnam Kərimov: “Məqsədimiz daha az sahə istifadə etməklə, daha çox məhsuldarlığı əldə etməkdir”

İnam Kərimov: “Məqsədimiz daha az sahə istifadə etməklə, daha çox məhsuldarlığı əldə etməkdir”

“Bu günə qədər 215 min tondan çox pambıq tədarük edilib”. Musavat.com xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib. Nazir söyləyib ki, gələn il məhsuldarlıq daha da çoxalacaq: “Bu il orta məhsuldarlıq 16 sentnerdən çoxdur. Hesab edirik ki, gələn il daha da yüksək məhsuldarlıq əldə edəcəyik. Optimal torpaq sahələrinin seçilməsi ilə bu il 132 min ha torpaq sahəsi əkilibsə, gələn il 100 min ha pambıq sahəsinin əkilməsini planlaşdırırıq. Amma bu şərtlə ki, daha yüksək məhsuldarlıq əldə etmək niyyətindəyik”.

İ.Kərimov qeyd edib ki, qabaqcıl təcrübə əldə etmiş ölkələrin mütəxəssisləri ilə model təsərrüatların yaradılması planlaşdırılıb: “Digər sahələrdə də məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır. Torpaqlardan optimal istifadə etmək, ixtisaslaşmanı təmin etmək, daha az sahə istifadə etməklə daha çox məhsuldarlığı əldə etməkdir. Burada da ən vacib şərtlərdən biri də kooperativləşməni inkişaf etdirməkdir. Sabirabad rayonunda artıq belə koperativ təsis edildi. Bunu digər rayonlarda da genişləndirməliyik. Çünki kiçik torpaq sahələrində yüksək məhsuldarlıq əldə etmək mümkün deyil”.

İxtisaslaşma üzərində ekspertlərin işlədiyini deyən nazir qeyd edib ki, hər bir regionun iqliminə, torpağın şəraitinə uyğun məhsuldarlığın planlaşdırılması nəzərdə tutulur.

Nazir həmçinin aqrar sektorda könüllülər məsələsinə də toxunub. O qeyd edib ki, 3 il ərzində 10 minə yaxın könüllərdən ibarət proqramın icrasına başlanılacaq. “Artıq hər bir DAİM mərkəzində könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …