Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / İmtahanların formatında dəyişiklik olacaq

İmtahanların formatında dəyişiklik olacaq

İmtahanların formatında müəyyən dəyişikliklər nəzərdə tutulub. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. 

O bildirib ki, sanitar-gigiyenik tələblərdə mütləq dəyişiklik ediləcək: “Karantin rejimi tətbiq olunan zaman vətəndaşlar evdən icazəsiz çıxa, rayondan rayona gedə bilməz. Rejimin qaydalarına uyğun olaraq formatı müəyyənləşdirəcəyik. Bizim imtahanlarımız kütləvi xarakter daşıyır. Sanitar-gigiyenik tələblər mütləq dəyişəcək. Əvvəllər bir partada iki nəfərin oturmasına icazə verirdik, ancaq artıq uşaqlar partalarda bir-bir oturacaq və onların arasında metr yarım məsafə olacaq. 

Hətta martın 1-də keçirilən imtahanda biz uşaqların hərarətini yoxlayırdıq, istiliyi yüksək olanlar imtahanlara buraxılmamışdı. Binaların sanitar-gigiyenik qaydalara uyğun olaraq dezinfeksiya edilməsi də əsas şərtlərdəndir”. 

***

Hərbi xidmətə çağırışla əlaqədar güzəşlərin edilməsi bağlı sualları cavablandıran M. Abbasova bildirib ki, bu məsələ ilə bağlı qərar vermək onların səlahiyyətində deyil:

“Hərbi xidmətlə əlaqədar güzəşti biz vermirik. Aidiyyatı üzrə qurum var və güzəştləri onlar müəyyən edirlər. Hələ ki, bu barədə bizə hər hansı məlumat verilməyib”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …