Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / İmamoğludan xanımının geyimini tənqid edənlərə cavab

İmamoğludan xanımının geyimini tənqid edənlərə cavab

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həyat yoldaşı Dilək İmamoğlununun Cümhuriyyət bayramı münasibətilə Sultanahmet Meydanında keçirilən bayram tədbirinə sinə dekolteli paltarla qatılması birmənalı qarşılanmayıb.

“Qafqazinfo” xəbər verir ki, Ə.İmamoğlu geyiminə görə xanımını tənqid edənlərə cavab verib.

O, bu məsələni gündəmə gətirənləri qınadığını bildirib:

“Yoldaşım cümhuriyyət qadını olaraq həyatını yaşayır. Mən də bir cümhuriyyət kişisiyəm. Bununla da qürur duyuruq. Anadoluda əkinçilik edən də, mənim həyat yoldaşım da cümhuriyyət qadınıdır. Bu, geyimlə ölçülmür. Belə düşüncədə olan cəmiyyət mütləq dəyişməlidir”.

Qeyd edək ki, bir çoxları cümhuriyyət qadınının bu tərzdə geyinməsini doğru hesab etməyib. Bəziləri isə geyimi Dilək İmamoğluna yaraşdırıb.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …