Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / İmamoğlu SOCAR-ın daha bir menecerinə vəzifə verməyə hazırlaşır

İmamoğlu SOCAR-ın daha bir menecerinə vəzifə verməyə hazırlaşır

İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu SOCAR-ın Türkiyədəki şirkətinin daha bir menecerinə vəzifə verməyə hazırlaşır.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,  onun İstanbul Qaz Dağıtım Səneye və Ticarət AŞ. (İĞDAŞ) şirkətinin rəhbərliyinə “SOCAR Türkiyə Petrol Enerji Dağıtım AŞ” şirkətinin keçmiş icraçı direktoru Mutluay Doğanı təyin etməyə hazırlaşır.

Xatırladaq ki, bundan əvvəl İmamoğlu “SOCAR Türkiyə” şirkətinin keçmiş icraçı direktoru, TÜPRAŞ şirkətinə 10 il rəhbərlik etmiş Yavuz Erkutu özünə müşavir təyin edib. Daha sonra onun İstanbul bələdiyyəsində ikinci vəzifə olan Baş katib vəzifəsinə təyinatı üçün prosedurlara başlayıb.

Məlumatlara görə İmamoğlu Mutluay Doğanın İĞDAŞ rəhbəri vəzifəsinə təyinatı ilə bağlı məsləhətləşmələr aparır, amma bu barədə rəsmi açıqlama hələ verilməyib.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT