Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Aktual / “İlqar Məmmədov milli şüurdan uzaq, Azərbaycan kimliyinə yad biridir” – Sərdar Cəlaloğlu

“İlqar Məmmədov milli şüurdan uzaq, Azərbaycan kimliyinə yad biridir” – Sərdar Cəlaloğlu

“İlqar Məmmədovu o zaman sosial proyekt kimi işləyib ortaya çıxaranda mən öz fikrimi demişəm. Bu adam milli şüurdan uzaq, Azərbaycan kimliyinə yad biridir. Üstəlik, kifayət qədər ictimai-siyasi fəaliyyətdə iştirak etmədiyi halda ondan süni müxalifət lideri obrazı yaradılırdı. Müəyyən dairələr istəyirdilər ki, ənənəvi müxalifəti əvəz edən müxalifət düzəltsinlər. Amma bu proyektdə baş tutmadı”.

Bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Real Partiyasının rəhbəri İlqar Məmmədovun uşaq pulu mövzusunda açdığı müzakirələrdən danışarkən deyib.

S. Cəlaloğlu əlavə edib ki, bu proyektinin baş tutmamasına səbəb İ. Məmmədovun potensialının olmamasıdır: “Biz onu yaxşı tanıyırıq. Hələ Azərbaycan Milli İstiqlal Partiyasında Etibar Məmmədovun müavini olanda hansı qabiliyyətlərə malik olduğunu bilirdik. İndi də qabiliyyəti ortadadır. Başqa sözlə, Azərbaycanda “qərbyönümlü yeni müxalifət eksperimenti” həyata keçirmək istəyirdilər. Bu da alınmadı. Çünki İlqar Məmmədovun potensialı buna kifayət eləmir”.

Həmçinin oxuyun

Bu cərimələrin məbləği iki dəfə artırılır

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cəirmələr iki dəfə artırılır.Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Dəyişikliklə …