Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “İlqar Bakı bağlarında keçirdiyi gizli görüşlərdən danışsın da…” – Partiya sədrindən ReAl liderinə ittihamlar

“İlqar Bakı bağlarında keçirdiyi gizli görüşlərdən danışsın da…” – Partiya sədrindən ReAl liderinə ittihamlar

“İlqar Məmmədov həbsdən çıxandan sonra ölkədə qiyamət qopacağını deyirdilər, ancaq heç “yağış” da yağmadı”. 

Bu fikirləri yenicag-a açıqlamasında müxalifət düşərgəsində hakimiyyətə yönəlik aşkar reveranslara münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.Hafiz Hacıyevin sözlərinə görə, xidmətlərini hakimiyyətə təklif edən müxalifət təşkilatları arasında “ReAl” partiyası xüsusi seçilir:”Hər kəs bilir ki, onlar müxalifətçi yox, xarici mərkəzlərin Azərbaycan siyasətinə yerləşdirdikləri adamlardır. Bütün işləri nə yolla olur-olsun, öz məqsədlərinə çatmaqdır.

İlqar Məmmədovu hələ AMİP-də Etibar Məmmədovun yanında olandan tanıyıram. Zəif iradəli bir adamdır… O vaxt da deyirdim ki, onu şişirtməyin… Əgər sizə əldəqayırma müxalifət lazımdırsa, elələri onsuz da var… Ondan bir şou düzəltdilər, o da çox az müddətdən sonra sabun köpüyü kimi yoxa çıxdı.

İndi də özlərinə nəsə bir yer tutmağa çalışırlar və bu məqsədlə gizli danışıqlar da aparırlar. Məndə olan məlumatlara görə, onun-bunun bağında gizli danışıqlar aparırlar, az qala diz çökərək yalvarırlar ki, onları bağışlasınlar.

Məqsədləri də parlamentə düşməklə, müəyyən vəzifələrə təyin olunmaqla hakimiyyətin içinə sızmaq və onu daxildən parçalamaqdır. Bütün bunlar isə xaricdəki siyasi texnoloqların planıdır. İlqar Bakı bağlarında keçirdiyi gizli görüşlərdən danışsın da…

Bəzi başqa partiyalar da bu xətti tutaraq, nəyəsə nail olmaq istəyirlər. Ancaq onlar bu məqsədlərinə çata bilməyəcəklər. İlqar kimlərisə aldada bilər, ancaq bizi heç vaxt. Mən onunla bu məsələləri canlı debatda da müzakirə etməyə hazıram”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …