Şənbə , İyun 6 2020
Ana səhifə / Aktual / “İlin Dörd Fəsli” şirkətinin “Yeni Bakı” sakinlərinə “koronavirus mükafatı” — FOTO

“İlin Dörd Fəsli” şirkətinin “Yeni Bakı” sakinlərinə “koronavirus mükafatı” — FOTO

Koronavirusun yaratdığı belə bir şəraitdə vətəndaşlar daha çox güzəşt və xeyriyyə addımına ümid edir. Lakin insanların bu çətin vəziyyətində, səhhətinə diqqət etməyə üstünlük verdiyi bir vaxtda bəzi qurumlar və ya şirkətlər öz əməllərindən əl çəkmir.

Belə bir həssas məqamda Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış kompleksində “İlin Dörd Fəsli” MMC şirkəti özünün əsl iç üzünü bir daha göstərir. 

Belə ki, feysbukda “Yeni Baki Sakinləri” səhifəsində sözügedən şəhərcikdə sakinlərin hələ də xoşagəlməz əməllərlə üz-üzə gəldiyi bildirilir:

“Koronavirusla bağlı vəziyyət ciddiləşdikcə dövlət qurumları və bir çox şirkətlər vətəndaşların xeyrinə addımlar atmaqda, müxtəlif güzəştlər etməkdədirlər.

Prezident İlham Əliyev də hər çıxışında şirkətləri vətəndaşlara qarşı mülayim davranmağa, onların lehinə mümkün olan bütün güzəştlərə getməyə səsləyir.

Bəs “İlin Dörd Fəsli” MMC neyləyir? Masazırdakı “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinə nəinki güzəştlər edir, indiyə qədər qanunsuz olaraq mənzil istismar xidməti adı altında yığdığı ödənişləri tələb etməyə davam edir, hətta sakinləri təhdid etməkdən belə çəkinmir. “Yeni Bakı” sakinləri olaraq bir daha qeyd edirik ki, “İlin Dörd Fəsli” şirkətinin “Yeni Bakı” yaşayış komkleksində mənzil istismar xidməti göstərmək hüququ yoxdur. Ona görə də tələb olunan bütün ödənişlər qanunsuzdur!
P.S Nəzərinizə çatdırırıq ki, ölkəmizdə bu günə qədər 100 milyonlarla pul qazanan “İlin Dörd Fəsli” MMC, “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na heç 1 manat da yardım etməyib”.

Yeni Baki Sakinləri adlı şəxsin şəkli.
Yeni Baki Sakinləri adlı şəxsin şəkli.
Yeni Baki Sakinləri adlı şəxsin şəkli.


Zaur 

Demokrat.az

Həmçinin oxuyun

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb.  Yenisabah.az “Report”a istinadən xəbər verir ki, RPŞ-nın rəisi …