Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “İlin ən yaxşı müəllimi”nə vəzifə verildi

“İlin ən yaxşı müəllimi”nə vəzifə verildi

Təhsil naziri Ceyhun Bayramov BŞTİ ilə bağlı daha bir əmr verib.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun “Qafqazinfo”ya verdiyi məlumata görə, nazirin bugünkü əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.

Qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub.  Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

2000 – 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 – 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

“İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibidir. Tərəqqi medalı ilə təltif olunub.

2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …