AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafata 12 mütəxəssis və 24 futbolçu namizəddir:

Futbolçular: Pyer-Emenik Obameyyanq, Leonardo Bonuççi, Canluicci Buffon, Daniel Karvahal, Kriştiano Ronaldo , Paulo Dibala , Antuan Qrizmann , Eden Hazard , Zlatan İbrahimoviç, Andres İniyesta , Harri Keyn, N’qolo Kante , Toni Kroos , Robert Levandovski , Marselo , Lionel Messi , Luka Modriç , Keylor Navas, Manuel Noyer , Neymar , Serxio Ramos , Aleksis Sançes, Luis Suares , Arturo Vidal .

Məşqçilər: Massimiliano Alleqri , Karlo Ançelotti , Antonio Konte , Luis Enrike , Xosep Qvardiola , Leonardo Jardim , Yoahim Löv, Joze Maurinyo, Maurisio Poçettino , Diyeqo Simione , Tite və Zinəddin Zidan.

Milli komandaların baş məşqçilərinin, kapitanlarının, KİV nümayəndələrinin və azarkeşlərin iştirak edəcəyi səsvermə avqustun 21-də başlayacaq və sentyabrın 7-də başa çatacaq.

Mükafatlar oktyabrın 23-də təqdim ediləcək.