Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / İlham Əliyevdən sərt çıxış: “Ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq”

İlham Əliyevdən sərt çıxış: “Ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq”

“Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.
Dövlət başçısı Ermənistanın münaqişənin həlli ilə bağlı tutduğu mövqeyini sərt tənqid edib: “Bu dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.
Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın