Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / İlham Əliyev xanımı ilə Novruz şənliyində

İlham Əliyev xanımı ilə Novruz şənliyində

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər.

Dövlət başçısını və xanımını bayram şənliyinin iştirakçıları qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib.

Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra İlham Əliyev və Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış olublar.

Bayram şənliyi davam edir.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …