Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar

İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar

Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

APA-nın məlumatına görə, fəxri qarovul dəstəsinin rəisi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı əsgərləri salamlayıb. Azərbaycan Respublikasının dövlət himni səslənib.

Azərbaycan prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.

Sonda xatirə şəkli çəkdirilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …